Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər “Nestle”dən “yaşıl” qablaşdırmaya 2,1 mlrd. dollar investisiya

“Nestle”dən “yaşıl” qablaşdırmaya 2,1 mlrd. dollar investisiya

55

“Nestle” şirkəti “yaşıl” qablaşdırma həllərinə 2,1 milyard dollara qədər investisiya yatıracaq.

İsveçrənin qida istehsalçısı “Nestle”, 2025 proqramı çərçivəsində yaşıl qablaşdırma həllərinə 2 milyard İsveçrə frankına (2.1 milyard dollar) qədər sərmayə qoyacağını açıqlayıb.

“Bizplus.az” xəbər verir ki, Şirkət 5 il ərzində bütün qablaşdırma materiallarının “təkrar istifadə edilə bilən” olmasını hədəfə alıb.

“Nestle” 2025-ci ilə qədər qida məhsullarının qablaşdırılmasında plastik məhsulun istifadəsinə son qoymaq niyyətindədir.

Bundan əlavə, şirkət bu sahədə çalışmağa yeni başlayan şəxsləri maliyyələşdirmək üçün 250 milyon franklıq bir fond yaratmağı da planlaşdırır.