“Nestle” kompaniyası “Starbucks” brendi adı altında yeni kofe xəttinin buraxılmasını elan edib.
Çeşidə 13 məhsul daxildir. Məsələn, onların arasında dənlərdə qəhvə, üyüdülmüş qəhvə, həmçinin “Nespresso” və “Nescafe” sistemləri üçün kapsullar daxildir.
Bu, Rusiyada ev istehlakçı üçün nəzərdə tutulan “Starbucks” markası altında “Nestle” məhsullarının ilk satışıdır. “Starbucks” üçün bu yeni seqmentə giriş deməkdir. İstehlakçılara birbaşa olaraq çatdırılacaq məhsulu, mağazalardan və ya onlayn şəkildə sifariş etmək mümkün olacaq. Məhsul, qəhvənin yetişdirildiyi regionlardan əldə edilən və 100% yüksək keyfiyyətliliyi ilə seçilən qəhvə dənəciklərindən hazırlanıb.
Qeyd etmək yerinə düşər ki, şirkət ilə “Starbucks” arasında qlobal əməkdaşlıq 2018-ci ilin avqustundan başlayıb. Razılaşma çərçivəsində, “Nestle” bütün dünya üzrə “Starbucks” məhsullarına – çay, qəhvə satışına rəsmi lizenziya əldə edib. Razılıq isə “Nestle”nin dünyada qəhvə biznesində yerini möhkəmləndirməsinə kömək edir.