“L’Oreal” və “Nestle” kimi iri markaların media xidmətlərini Rusiya bazarında “Dentsu Aegis Network” (DAN) agentliyi yerinə yetirəcək.
Bu haqda “AdIndex” nəşrinə bildirilib.
Reklam şəbəkəsinin, mətbuat xidmətindən deyiblər ki, DAN-ın Rusiya nümayəndəliyi şərhləri cavablandırmayacaq. Buna görə də, tenderin qalibi ilə bağlı sualla “AdIndex” nəşri “Nestle” və “L’Oreal” şirkətlərinə sorğu göndərib.
“AdIndex” nəşrinə mənbə bildirib ki, tenderdə cari podratçı “Publicis Media”, həmçinin “ADV Group” və “GorupM” iştirak edib.“AdIndex”in reytinqinə görə, “Dentsu Aegis Network Russia” üçüncü yerdə qərarlaşıb. 2018-ci ildə beş media kanalında reklamın alınmasına görə, şirkətin müştərilərinin ümumi büdcəsi 40,4 milyard rubl təşkil edib.
Qeyd etmək yerinə düşər ki, “Nestle” Rusiya bazarında ən iri reklamverən şirkət kimi “AdIndex”in reytinqində 4-cü yerdədir. Ötən il beş media kanalında (TV, internet, radio, çöl reklamı, ənənəvi mətbuat) reklamın alınmasına görə, 5,1 milyard rubl xərcləyib.
“L’Oréal” isə reytinqdə 14-cü yerdə qərarlaşmışdı. 2018-ci ildə əsas media kanallarında reklamın alınmasına görə, şirkət 3,3 milyard rubl xərcləyib. Bu il brendlərin xərcləri ilk dəfə performance-places nəzərə alınmaqla hesablanıb. Hesablamalarda “SimilarWeb” monitorinq platformasının məlumatlarından istifadə olunub. “AdIndex”in reytinqinin hazırlanmasında “Mediascope” və “Digital Budget” iştirak edib.