Əsas səhifə Xəbərlər Xarici xəbərlər “Nespresso” və “Starbucks” uşaq əməyini istismar edir

“Nespresso” və “Starbucks” uşaq əməyini istismar edir

17
Paylaş

“Starbucks” qəhvə şəbəkəsi və kapsullarda qəhvə istehsal edən “Nespresso” tədarükçüləri Qvatemaladakı plantasiyalarında 8 yaşından yuxarı uşaqları işlədir. Bu barədə Britaniyanın Channel 4 telekalının araşdırmasında deyilir.

Jurnalistlər 7 “Nespresso” və 5 “Starbucks” fermasında olublar. Orada 8 yaşdan yuxarı uşaqlar həftədə 6 gün, gündə 8 saat işləyib qəhvə və kakao dənələri yığırlar. Uşaqlara yığdıqları məhsulun çəkisinə görə ödəniş edirlər.

Həddi-büluq yaşına çatmamış hər bir işçi gün ərzində orta hesabla 45 kq məhsul yığmalı və onlara görə təxminən 5 funt sterlinq (Londonda “Starbucks”da bir fincan qəhvənin təxmini qiyməti) qazanmalıdır.

Araşdırmada qeyd olunur ki, bu əmək şərtləri uşaqların hüquqlarını pozur.

“Starbucks”da bildiriblər ki, onlar artıq araşdırmada vurğulanan fermalardan artıq xammal ələd etmirlər. “Nespresso” isə qeyd edilən plantasiyalarla əlaqəsinin olmadığnı və uşaq əməyinin istismarına qarşı çıxdığını təsdiqləyir.