Əsas səhifə Biznes Vahid Ələkbərov neftin yüksək qiymətindən ehtiyat edir

Vahid Ələkbərov neftin yüksək qiymətindən ehtiyat edir

708
Paylaş
Vahid Ələkbərov

Rusiyanın “LUKoil” şirkəti neftin yüksək qiymətindən ehtiyat edir və RF-nin OPEC+ anlaşmasından yumşaq çıxışını dəstəkləyir. 

Vahid Ələkbərov vahid elekberov

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı şirkətin rəhbəri Vahid Ələkbərov Rusiya energetika həftəsində verib.

“Məni bu gün aşağı qiymət səviyyəsi kimi, yuxarı qiymətlər də qorxudur. Şəxsən, neftin qiymətinin 60-70 dollar/barel diapazonunda olmasının tərəfdarı deyiləm. Bu, 2014-cü ildəki vəziyyətin təkrarlanmasına səbəb ola bilər. Buna görə də zamanında anlaşmaya girdiyimiz kimi, zamanında da yumşaq şəkildə çıxmalıyıq ki, bazarda neft qıtlığı yaranmasın”, – V.Ələkbərov açıqlamasında bildirib.

“LUKoil”un rəhbəri OPEC+ anlaşmasının uzadılması ilə bağlı müzakirələri 2018-ci ilin ilk rübündə, neft qiymətlərinə uyğun aparmaq lazım gəldiyini vurğulayıb.