Neft şirkəti Tender elan edir

Date:

Paylaş:

“Suraxanı Oyl Opereyşn Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi avadanlıqların  satın alınması üzrə tender elan edir.
Tender 3 lot üzrə keçirilir.

Lot-1. CIP Bakı şərtində 2090 tonluq nasos-kompressor borularının satınalınması.

Lot-2. CIP Bakı şərtində 30000 ədəd nasos ştanqlarının, mufta və protektorla birgə satınalınması.

Lot-3. CIP Bakı şərtində 2025 ədəd ştanqlı quyu nasoslarının satınalınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində malların keyfiyyətinə, ən aşağı qiymətə, əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli tender təklifinə üstünlük veriləcəkdir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Satınalma müqaviləsinin icrasında tədarük edilən mallar idxal vergisindən azaddır və sıfır faizlə (0%) ƏDV-yə cəlb olunur. Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını “Suraxanı Oyl Opereyşn Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin hesabına köçürdükdən sonra əsas şərtlər toplusunu ala bilərlər. İştirak haqqı Lot-1 üçün 500 (beş yüz) manat, Lot-2 və lot -3 üçün isə hər birinə 300 (üç yüz) manatdır.

Bankın adı- “Kapital Bank ASC”-nin Suraxanı filialı

VÖEN- 990003611

KOD- 200190

SWIFT- AIIBAZ2X

M/h- AZ37NABZ01350100000000001944

H/h- AZ69AIIB38020019440012467119 AZN

H/h- AZ59AIIB38120018400012467119 USD

H/h- AZ39AIIB38120019780012467119 EUR

VÖEN-9900077231

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar əsas şərtlər toplusunu Bakı şəhəri, Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsindəki inzibati binadan (əlaqələndirici şəxs- Lalə Nəzərovadan, telefon- (012) 452-14-84, elektron poçt ünvanı- [email protected]) ala bilərlər. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: – tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı və soyadı göstərilməklə, möhürlənib imzalanmış olmalıdır); – iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli); – tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); – tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olunmalıdır. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır; – Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq orqanlardan arayış; – iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı; – iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti; – iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (2019-cu ildə notariusdan təsdiq edilmiş surəti); – öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı barədə məlumat; – müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları. Tender iştirakçılarından tələb olunan sənədlər 26 aprel 2019-cu il saat 17.00-a qədər bir nüsxədə, tender təklifi isə 6 may 2019-cu il saat 17.00-a qədər ikiqat zərfdə bağlanıb möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) AZ-1042, Bakı şəhəri, Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsindəki inzibati binada təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunan tender zərfləri açılmadan geri qaytarılacaqdır. Tender zərflərinin açılışı proseduru 7 may 2019-cu il saat 11.00-da “Suraxanı Oyl Opereyşn Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin iclas zalında (Bakı şəhəri, Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsi) keçiriləcəkdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...