Əsas səhifə Biznes Neft şirkəti Sinqapurda bərpa olunan yanacaq üçün 1,4 milyard sərmayə yatırır

Neft şirkəti Sinqapurda bərpa olunan yanacaq üçün 1,4 milyard sərmayə yatırır

321
Paylaş

Finlandiyanın Neste neft şirkəti Sinqapurdakı bərpa olunan məhsulların istehsal potensialın gücləndirilməsinə  1.4 milyard avro sərmayə yatırmaq qərarını qətiləşdirib, RİA Novosti agentliyinə Neste mediası əlaqələr şöbəsinin nümayəndəsi olan  Karola Oksanen bildirib.

“ Bu qərar dünyada aşağı karbonlu məhsullara tələbatın artmasına əsaslanaraq verilmişdir. Aşağı karbonlu məhsullar insan həyatının bir çox sahəsində aktiv istifadə olunur, bunlara avtomobil və hava nəqliyyatı sahəsi və eyni zamanda polimer və  kimyəvi  məhlulların hazırlanmasında  istifadə aid olunur. Təxminən 1,4 milyard avro sərmayə yatırımı, Neste-nin Sinqapurda bərpa olunan məhsulların ümumi istehsal gücünü ildə 1,3 milyon tona çatdıracaq, 2022-ci ilə qədər isə bərpa olunan məhsulların illik istehsal gücünü 4,5 milyon tona qədər artıracaq. Şirkətin əsas məqsədi 2022-ci ilin birinci yarısında yeni istehsal xəttinin açılmasıdır “, – Karola qeyd edib.

Həmçinin şirkətdə qeyd etdilər ki. bu sərmayə özündə logistikanın təkminləşdirilməsini və xammalın qabaqcadan emalını nəzərdə tutur. Bunun nəticəsində Sinqapur neft çıxarma  zavodu daha aşağı keyfiyyətli xammal və tullantıları istifadə edə biləcək.

Hazırda Neste-nin bərpa olunan məhsulların istehsal gücü ildə 2,7 milyon ton təşkil edir. Bunlardan təxminən 1 milyon ton Sinqapurda, eyni qədəri Rotterdamda, Hollandiyada, qalan hissəsi Finlandiyada Porvooda istehsal olunur.