ABŞ-da neft hasilatının artım tempinin aşağı düşməsi, ABŞ və Çin arasında ticarət danışıqlarının başlaması ilə əlaqədar olaraq neft qiymətləri yüksəlib.
“Bizplus.az” xəbər verir ki, Bakı vaxtı ilə saat 07:30-da, Brent nefti 1,1% bahalaşma ilə 59,39dollardan, ABŞ xam nefti isə 1% bahalaşma ilə 50,55 dollardan alıcı tapıb.
Qeyd edək ki, Azərbaycanın 2019-cu il dövlət büdcəsi üçün neftin qiymti 60 dollar götürülüb.
Dünən ABŞ Prezidenti Donald Tramp, Çin ilə ticarət danışıqlarının yaxşı getdiyini söyləyib.