Necə milyonçu olmaq olar – 3 real həyat hekayəsi

Date:

Paylaş:

Greq Jonson – 6 yanvar 2016-cı il

Milyonçu olmaq. Bu çox gözəl şeydir, elə deyilmi? Əlbəttə ki, milyon dollar səni əvvəllki kimi varlı etməyəcək, lakin hər halda hər bir orta şəxsin hədəf seçdiyi etalon rəqəmdir. Milyonçu olmaq o deməkdir ki, sən rəsmi olaraq orta sinfi bitirmisən və indi həmişə arzuladığın “varlı elit” təbəqənin nümayəndələrindən birisən. Sən bunu bacardın.

Şübhəsiz, milyonçu olmaq o demək deyil ki, bir daha heç vaxt pul üçün mübarizə aparmayacaqsan. Çoxlu sayda insanlar var ki onlar böyük sərvətə sahib olublar, sonra isə hamısını itiriblər. Bu əsasən sürətlə varlı olan insanlardır. Ola bilsin bu insanlar ya lotereya udmaqla, ya kino ulduz omaqla yaxud da bir idmançı kimi məşhurlaşmaqla varlanıblar. Təəssüflər olsun ki, bəxti gətirmək və ya istedadlı olmaq sənə öz pulunu idarə etmək bacarığını öyrətmir. Birdən-birə çoxlu pula sahib olmaq səni bütün pis vərdişlərindən azad etmir. Faktiki olaraq onları daha da gücləndirə bilir.

Yenə də milyonçu olmaq hər zamankından daha asan ola bilər. Bəli, burada infilyasiyanın da rolu var, lakin bu gun pulun qazanılması və yığılması üçün mövcud olan imkanlar da bunu mümkün edir. İnternet sahibkar olmaq istəyənlərə öz markalarını yaratmaq üçün tamamilə yeni imkanlar açıb və evdə modemi olan hər bir kəs bu imkanlardan istifadə edə bilər.

Lakin varlı olmaq üçün növbəti Facebook şəbəkəsi yaratmağa ehyiyac yoxdur. Əslində həmişə orta işi və orta gəliri olan adamlar milyonçu olur. Onlar öz pullarını ağıllı xərcləməyin yollarını öyrəniblər və pullarını 7-rəqəmli xalis gəlirə qədər artmağını izləyiblər. Beləliklə düzgün yolla necə milyonçu olmağı bilmək istəyirsinizsə, o zaman aşağıdakı 3 real əhvalatı oxuyun.

Milyonçu olan 3 orta gəlirli adam 

Düzgün yanaşma və qiymətlərlə sən də milyoner ola bilərsən. Bunun üçün çoxlu şans və ya yaxşı bəxt lazım deyil. Bunun üçün sadəcə bir neçə sadə şeyləri etmək lazımdır ki, başqaları onları etməyə həvəs göstərməyə bilər.

35 yaşlı milyonçu

20 yaşında olarkən Kris Reyninqin elə də artıq pulu yox idi. Lakin, o erkən və tez-tez pul yığmağın vacibliyini bilirdi. Beləliklə o hər ay 500 dollar yığmağa başladı. Artıq 35 yaşına çatanda onun pulu 1 milyon dollara çatdı. O xüsusi heç bir şey etmədi. Yalnız sadə yaşadı, mütəmadi olaraq pul yığdı və bazarda qiymətlərin oynaması ilə səbrli olmaq vərdişinə yiyələndi. O planından əl çəkmədi və buna nail oldu.
Kris Cənab Evriday Dollar (Hər gün dollar) adlı internet səhifəsində yazırdı: “Fikirləşə bilərsiniz ki, hesabınız məbləği yeddi rəqəmə çatdıqda, səmada fişənglər partlayır, göydən zərli kagızlar tökülür və şampan süzülməyə başlayır. Amma sizə bir şey deyə bilərəm: bu baş verməyəcək. Səmimi deyim, mənim üçün həqiqətən əsas önəmi olan maliyyə hədəfi ilk 1000 dollarımı yığmaq idi. Bu o demək idi ki, mənim sərmayəm 10 000 dollara və daha sonra 25 000 dollara və ilaxıra çata bilər”.

Milyonçu ana

Cen Smitin dediyinə görə onun valideynləri çox ağıllı və əməksevər insanlar idi. Təəsüflər olsun ki, onlar həmişə bir məvacibdən o biri məvacibə kimi güclə dolanıblar. Cen tikinti mühəndisi olan və saatda 8 dollar qazanan və işini bir minimal məvacibli işdən digərinə dəyişən birinə ərə gedir. Zamanla başa düşür ki, artıq hətta evsiz qalmağa cəmi bir addım qalıb.

Cen şəxsi biznes, sakibkarlıq, investisiya qoyuluşu və var-dövlət toplamaq barədə öyrənməyi qarşısına məqsəd qoyur. Cütlük bacardığı qədər pula qənaət etməyə başlayır, çox az pulla yaşamağa və onun maliyyə planına uyğun hərəkət etməyə başlayır. Artıq 40 yaşına çatanda onların borcsuz xalis 1 milyon dollardan cox gəliri var idi. “Xalis gəlirimizi hesabladığım səhər, biz kirayə mənzildə yaşayırdıq, 6 illik avtomobil sürürdük və topdan satış mağazalarından olan işlənmiş geyimlər geyinirdik”-deyə Smit yazır. “40 yaşında biz artıq milyonçu idik.

10 illik milyonçu 

Jastin Makkeri hüquq təhsili alıb, lakin heç vaxt hüquqşünas kimi çalışmayıb. Onun həyat yoldaşı da hüquqşünasdır, lakin o da heç zaman hüquqşünaslığı öz ixtisası kimi istifadə etməyib. Amma onlar milyonçu oldular və artıq 33 yaşında təqaüdə çıxdılar. Bəs, onlar bunu necə bacardılar?
Düşünə bilərsiniz ki, yəqin onlar lotereya udublar yaxud altı rəqəmli gəlir əldə ediblər. Xeyr. Onlar ildən ilə artan normal məvacibdən fərqli məvacib alırdılar. Jastin yazır ki, “Biz heç vaxt birja səhmi almamışıq və ya dövlət müəssiəsində işləməmişik. Nə lotereya udmamışıq nə də heç kimdən miras qalmayıb. Yalnız davamlı pul yığma və ildən ilə aşağı gəlir indeksli fond portfelimizə investisiya qoymuşuq”

Necə milyonçu olmaq olar – 3 vacib məqam 

Bu insanlar qeyri-adi heç nə etməyiblər. Onların heç birinin başına şana quşu qonmayıb. Heç biri astronomik gəlir əldə etməyib. Onlar sadəcə çox işləyib, bəzi şeyləri qurban verib və çoxlu qənaət ediblər.

Varlı olmağın heç bir sirri yoxdur. Əslində, bunu düzgün bacardığınız halda milyonçu olmaq həqiqətən kifayət qədər sıxıcıdır. Həm öz təcrübəmə həm də başqalarının təcrübələrindən öyrəndiklərimə əsasən sərvət toplamaq üçün sadəsə 3 şey lazımdır: qənaət, vaxt və səbr.

1. Qənaət – Birincisi və ən vacibi odur ki, sən öz gəlirindən aşağı necə yaşamağı öyrənməlisən. Bu, xərclərin azaldılması, xərclərini qeydə almağı öyrənmək və büdcə çərçivəsində yaşamaq deməkdir. Ehtiyaclarından aşağı yaşadıqca, daha çox qənaət etməyi bacaracaqsan. Daha cox qənaət etdikcə, daha tez milyonçu statusuna yaxınlaşacaqsan. Bu nə qədər müddətə baş verəcək.
Deməli, bu nə qədər qənaət etməyindən asılıdır. Əgər 10 il müddətində milyonçu olmağı hədəf götürmüsənsə, bu o deməkdir ki, gəlirininin təxminən 50%-i və ya daha azı ilə yaşamalısan. (10 il müddətinə 1 milyon dollara çatmaq üçün həftəyə 1000 dollar və orta hesabla 12% faiz qənaət etməlisən. Bu çox ağır qənaətdir və cox optimist artım dərəcəsidir, lakin mümkün olan bir şeydir). Hər bir halda erkən və tez-tez qənaət edin. Əgər bunu davamlı etsəniz, milyonçu olmaq yoluna qədəm qoyacaqsınız.
2. Zaman – Gələcəyiniz üçün investisiya yaradanda ən yaxşı dostunuz zamandır. Bazar qısa müddətə cox kəskin dəyişə bilər, lakin bir neçə il ərzində ABŞ birja bazarında ümumi trend yuxarı olur. 1914-cü ildən 2014-cü ilə qədər fond birjalarının orta qazancı, dividentlər daxil olmaqla İllik Artım Faizi ilə (yaxud “həqiqi qazancla”) 12%-dən bir qədər aşağı, illik isə 10,1 %-dan bir qədər yuxarıdır. Sərvət toplamaq bir günə baş vermir, lakin davamlı pul yığmaqla buna nail olmaq olar.

3. Səbr – İnsanların əksəriyyəti üçün qısa müddət ərzində sərvətə nail olmağın yolu yoxdur. Yalnız onu bilməlisiniz ki, zaman sizin dostunuzdur və zamanın sizə işləməsi üçün lazımı səbr nümayiş etdirməlisiniz. Doğrudur, bazarda pul itirmək qorxusu ola bilər. Lakin hər halda bazar qiymətlərini başa düşməyi öyrənməli və bilməlisiniz. Bu o demək deyil ki, siz bazara çox vaxt sərf etməlisiniz, əksinə bilməlisiniz ki, bazarda qiymətlərin oynaması sərvət toplamağın bir yoludur. Ona gorə səbr edib və plana uyğun hərəkət edin. Daha yaxşı günlər gələcək və siz buna görə mükafatlandırılacaqsınız.

Yekun qənaət

Milyonçu olmaq çox mürəkkəb deyil. Əgər siz qənaət etmək və pul toplamaq prinsiplərini məşq etsəniz, bu məqsədə nə qədər tez nail olmaq əsas məsələ olur. Prosesi sürətləndirmək üçün bacardıqca çox qənaət edin və maaşdan əlavə kənarda da işlər görün. Daha yüksək maaşlı iş axtarın və ucuz qiymətli fond birjaları və indeks fonlarından istifadə etməyi nəzərdə tutun. Qənaət etməyi və pul yığmağı ən vacib maliyyə prioriteti seçin, bu yolla milyoner statusuna yiyələnəcəksiniz. Bəlkə bir gün geriyə baxıb deyəcəksiniz, “Ey insan, axı bu çox sıxıcı idi”

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...