Nazirlikdən sahibkarlara ay yarım vaxt – RƏSMİ

Date:

Paylaş:

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Abşeron yarımadasında fəaliyyət göstərən daş karxanalarının sahibkarları və istismarçılarının nümayəndələri ilə görüş keçirilib.

Nazirlikdən  verilən məlumata görə, əksər karxana istismarçılarında yerin təkindən istifadə üçün torpaq ayırmaya dair sərəncamların, geoloji və ekoloji sənədlərin olmadığı, istismar başa çatmış sahələrdə rekultivasiya işlərinin aparılmadığı, yataq ayırma hüdudundan kənara çıxıldığı, istismar zamanı norma və qaydalara riayət olunmadığı görüş zamanı diqqətə çatdırılıb.

Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb və irəli sürülən qanuni tələblər iştirakçılar tərəfindən anlayışla qarşılanıb. Nazirlik tərəfindən karxanaların istismarı zamanı mövcud olan nöqsanların aradan qaldırılması və tələb olunan sənədlərin tam qaydaya salınması üçün karxana sahiblərinə 45 gün vaxt verilib.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...