Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Nazirlikdən sahibkarlara xəbərdarlıq

Nazirlikdən sahibkarlara xəbərdarlıq

57
Paylaş

Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar maliyyə dəstəyi göstərilmiş sahibkarlıq subyektlərində işçi saylarının ixtisarına yol verilməməsi haqqında xəbərdarlıq edilib.

Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Nazirliyin xəbərdarlığında deyilir:

“Hörmətli vergi ödəyiciləri!

Koronavirus (COVİD-19) pandemiyasının yaratdığı mövcud şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşılmalı, işçilərin ixtisarı və əmək haqlarının azaldılması hallarına yol verilməməlidir.

Pandemiya ilə əlaqədar dövlətdən maliyyə dəstəyi almış vergi ödəyiciləri tərəfindən işçi saylarının azaldılmaması ciddi nəzarətdə saxlanılır və belə hallara yol verildiyi təqdirdə həmin ödəyicilərə qarşı müvafiq tədbirlər görüləcəkdir”.