Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Nazirlik rəsmisi: “Azərbaycanda makroiqtisadi göstəriciləri bizimlə eyni reytinqə malik ölkələrlə müqayisədə yüksəkdir”

Nazirlik rəsmisi: “Azərbaycanda makroiqtisadi göstəriciləri bizimlə eyni reytinqə malik ölkələrlə müqayisədə yüksəkdir”

186
Paylaş
Kredit
Kredit

“Bəzən beynəlxalq reytinq agentliklərinin Azərbaycana verdikləri reytinqlərlə bağlı narahatlığımız olur”.

“Bunu “Fich” Beynəlxalq Reytinq Agentliyinin Bakıda keçirilən illik konfransının açılış mərasimində Maliyyə Nazirliyinin İctimai Borcların İdarə Edilməsi Agentliyinin direktor müavini Azər Mursakulov deyib.

“Azərbaycanda makroiqtisadi göstəriciləri bizimlə eyni reytinqə malik ölkələrlə müqayisədə yüksəkdir. Bizim balans hesabatlarımız, xüsusilə də ehtiyatlarımız, fiskal buferlərimiz və s. daha mükəmməldir. Amma bəzi hallarda Azərbaycanın investisiya dərəcəsi başqa ölkələrdən aşağı göstərilir. Halbuki, real vəziyyət fərqlidir”, – o qeyd edib.

Xatırladaq ki, bir qədər əvvəl maliyyə naziri Samir Şərifov da Azərbaycan hökumətinin ölkə üçün müəyyən edilmiş beynəlxalq reytinqlərdən narazı olduğunu açıqlamışdı.