Bu günə qədər Azərbaycanda 235 159 hektar ərazidə taxıl biçini aparılıb, 203 507,7 hektar ərazidə arpa, 316 51,3 hektar ərazidə buğda biçini başa çatıb.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında bildirilir.
Məlumata görə, ölkə üzrə 699 511,7 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 29,7 sentner təşkil edir.
Bərdə rayonunda arpa biçini başa çatıb. Kürdəmir rayonunda arpa biçini başa çatmaq üzrədir. Rayon ərazisində arpa əkilmiş 29 926 hektar sahənin 28 944 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Neftçala, Şəki, Biləsuvar, Sabirabad, Cəlilabad, Zərdab, Yevlax, Bərdə, Beyləqan, Samux, Goranboy, Qax, Masallı, Ağcabədi, Füzuli, Ağdam və Tərtər rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:
Rayon | Arpa sahəsi, ha | Biçilmiş sahə, ha | Məhsuldarlıq, s/ha |
Neftçala | 31404 | 28315 | 25,1 |
Şəki | 21626,3 | 12800 | 34,0 |
Biləsuvar | 14900 | 13571 | 32,0 |
Sabirabad | 9600 | 8799 | 37,7 |
Zərdab | 5730 | 5205 | 30,5 |
Yevlax | 5082,5 | 4600 | 29,0 |
Cəlilabad | 4509,1 | 4210 | 35,2 |
Bərdə | 2568 | 2568 | 31,0 |
Beyləqan | 1765 | 1681 | 27,7 |
Samux | 3544 | 2472 | 35,1 |
Goranboy | 11500 | 7956 | 24,0 |
Qax | 2881 | 2120 | 26,1 |
Masallı | 2786 | 2269 | 18,1 |
Ağcabədi | 5637 | 4530 | 30,0 |
Füzuli | 8505 | 6642 | 30,5 |
Ağdam | 2215 | 1489 | 36,3 |
Tərtər | 3814,5 | 2495 | 33,1 |