Naxçıvanın quru meyvələri xarici bazara çıxarılacaq

Date:

Paylaş:

Quru meyvələrin istehsalı və ixracı ilə məşğul olan “Dadlı Naxçıvan məhsulları” şirkəti region ölkələrinə və Avropaya quru meyvə ixracına hazırlaşır.

Bunu şirkətin təsisçisi Emin Tarverdiyev bildirib.

Onun sözlərinə görə, Rusiya bazarına və Polşaya ixrac gözlənilir:

“Xarici tərəfdaşlarla danışıqlar aparılır, tədarüklərin həcmi və müddəti müəyyənləşdirilir. Bizə artıq Polşaya qurudulmuş xurma ixracı ilə bağlı müraciət gəlib. Bu ildən bu bazara ixracı işə salmağı planlaşdırırıq. Rusiya bazarında da məhsulumuza böyük tələbat var. Hazırda müəssisəmizdə quru meyvə istehsalı gündəlik təxminən 1 ton təşkil edir. Gələn ildən bu göstəricini 1,5-2 tonadək artırmağı planlaşdırırıq”.

E. Tarverdiyev qeyd edib ki, ötən il şirkət 50 tona yaxın məhsul istehsal edib:

“İstehsal olunan məhsulun böyük əksəriyyəti ixrac üçün nəzərdə tutulub. Biz qurudulmuş alma və xurma ixracının həcmlərini artırmaq niyyətindəyik, çünki bu məhsullara həm daxili, həm də xarici bazarda daha böyük tələbat var”.

E.Tarverdiyev bildirib ki, şirkətin Naxçıvanda mağazalar şəbəkəsi var, bundan başqa, Bakıda və ölkənin digər şəhərlərində yeni mağazaların açılması planlaşdırılır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...