Əsas səhifə Vergi Naxçıvanda 23 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb

Naxçıvanda 23 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb

27

Bu ilin fevralında Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə monitorinq və yoxlamalar aparılıb.

“Report” Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar olunması, xarici valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi, işəgötürənlə işçilər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət və sair bu kimi operativ vergi nəzarətinin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 23 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.

Operativ vergi nəzarəti tədbirləri zamanı 12 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması müəyyən olunub. Həmçinin 11 şəxsin vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Rəy bildir

Please enter your comment!
Please enter your name here