Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər “Naxçıvan Bağları” Rusiyaya ixraca başlayıb

“Naxçıvan Bağları” Rusiyaya ixraca başlayıb

403
Paylaş

“Naxçıvan Bağları” Məhdud Məsuliyyətli Cəmiyyəti ixrac coğrafiyasını daha da genişləndirəcək.

“Bizplus.az” xəbər verir ki, bunu “Naxçıvan Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Elçin Bağırov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı çıxışında deyib.

Elçin Bağırov bildirib ki, əlverişli biznes mühitindən yararlanaraq 2011-ci ildə dövlətin maliyyə dəstəyi ilə istixana kompleksi yaradıb. Kompleksin yaradılmasına Sahibkarlığın İnkişafı Fondundan 3 milyon 250 min manat güzəştli kredit ayrılıb, özəl investisiya 2 milyon manat təşkil edib. Bu maliyyə dəstəyi Türkiyə, İspaniya, İsrail və İtaliya istehsalı olan yeni avadanlıqların və müasir texnologiyanın tətbiqinə, müəssisənin istehsal gücünün və rəqabətqabiliyyətliliyinin artırılmasına şərait yaradıb. Sahibkarlığa göstərilən dövlət qayğısından bəhrələnərək ilkin mərhələdə 12 min kvadratmetr sahədən ibarət olan istixana kompleksi genişləndirilərək 60 min kvadratmetrə, illik məhsul istehsalı isə intensiv üsullardan istifadə etməklə 250 tondan 1200 tona yüksəlib. Bundan əlavə, Kəngərli, Şahbuz, Ordubad rayonlarında 50 hektar açıq sahədə intensiv üsullarla tərəvəz və digər kənd təsərrüfatı bitkilərinin əkini həyata keçirilir.

“Hazırda mövcud istixana kompleksində istehsal etdiyimiz məhsullar muxtar respublikada əhalinin tələbatının ödənilməsi ilə yanaşı, Rusiya Federasiyasına da ixrac olunur. Gələcək hədəflərimiz ixrac coğrafiyamızı daha da genişləndirərək digər xarici ölkələrin bazarlarına çıxmağa nail olmaqdır”, – deyə Elçin Bağırov bildirib.