Əsas səhifə Məqalələr Maraqlı Nasistlərin oğurladığı Picasso əsəri 45 milyon dollara satıldı

Nasistlərin oğurladığı Picasso əsəri 45 milyon dollara satıldı

965
Paylaş

İspan rəssam Pablo Picassonun ən məşhur portretlərindən biri olan Mavi geyimli qadın əsəri New Yorkda keçirilən hərracda 45 milyon dollara satıldı.

Picasso bu əsətdə həyatının bir zamanlar sevgilisi olan Dora Maarı təsvir edib.

2-ci dünya müharibəsi zamanı əsər nasistlər tərəfindən oğurlansa da sonradan Fransız Müqavimət Hərəkatı tərəfindən geriyə qaytarılmışdı.

2015-ci ildə Picassonun “Cəzairli Qadınlar” adlı əsəri Christies hərracında 179 milyon dollarlıq rekord bir qiymətə satılmışdı.

Altı il əvvər 26 milyon dollara satılan Mavi geyimli qadın əsəri isə ABŞ-lı bir kolleksioner tərəfindən satın alındı.