NASA Yerə oxşar planetlərin axtarışına 12,4 milyard dollar xərcləmək niyyətindədir

2
628

ABŞ-ın Milli Aeronavtika və Kosmos Dairəsi (NASA) yaxın 10 il ərzində kosmosa üç yeni teleskop göndərmək niyyətindədir.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə amerikalı konqresmenlərə NASA-nın direktorunun müavini Tomas Zurbuken bildirib.

T.Zurbukenin sözlərinə görə, teleskoplar Yer kimi ekzoplanetlərin axtarışı üçün nəzərdə tutulub və bu sahədə işlər artıq 2018-ci ildə başlayacaq: “2018-ci ilin mart ayında kosmosa TESS (Transiting Exoplanet Survey Satellite) aparatı buraxılacaq. Hazırda onun quraşdırılması və komponentlər və avadanlıqların sınağı həyata keçirilir”.

Dinləmələr zamanı ABŞ-ın Hesablama Palatasının nümayəndəsi Kristina Çaplan NASA-nın layihənin həyata keçirilməsi üçün azı 12,4 milyard ABŞ dolları məbləğində maliyyə lazım gəldiyini və bunun NASA-nın astrofizika departamentinin büdcəsinin yarısını təşkil etdiyini bildirib.

O həmçinin bu vəsaitlərlə ehtiyatlı davranmağı tövsiyə edib.

2 COMMENTS