Əsas səhifə Biznes sahələri Texnologiya NASA-nın kosmik uçuş missiyalarının ilk rəhbəri Chris Kraft vəfat edib

NASA-nın kosmik uçuş missiyalarının ilk rəhbəri Chris Kraft vəfat edib

130
Paylaş
Chris Kraft
Chris Kraft

Hyustonda (Texas ştatı) 95 yaşında NASA-nın kosmik uçuş missiyalarının ilk rəhbəri mühəndis Chris Kraft vəfat edib.

Bu haqda NASA rəhbəri James Bridenstine xəbər verib.

Kraft ABŞ-a kosmonavtları kosmosa və aya göndərməyə kömək edən komanda üzvlərindən biri olmuşdur. “Chris kosmosun araşdırılması tarixindəki ən əlamətdar dövrlərdə uçuş missiyalarının rəhbəri olmuşdur”, – James qeyd edir.

NASA rəhbəri Kraft-ın yaxınlarına və dostlarına başsağlığı verib. “Amerika bu gün həqiqətən milli sərvətini itirib”.

Chris Kraft 28 fevral 1924-cü ildə Feb şəhərində anadan olub. 1944-cü ildə Virciniya Politexnik Universitetindən aviasiya mühəndisliyi üzrə bakalavr dərəcəsi alandan sonra, NASA-nın sələfi Milli Aeronavtika Məsləhət Komitəsində işə başlayıb.