Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri “Nar” iki tanınmış brendi məhkəməyə verib

“Nar” iki tanınmış brendi məhkəməyə verib

297
Paylaş

Ölkədə 3 mobil operatordan biri olan “Nar mobile”ın ana şirkəti iki qurumu pul tələbi ilə məhkəməyə verib.

“Azerfon” MMC 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. İki şirkət – “Ramada Baku” MMC ( Ramada Baku oteldir bu) və ölkənin böyük tikinti şirkəti olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nə qarşı iddia qaldıraraq “pul tələbi” ilə müraciət edilib.

Lakin, telekommunikasiya şirkətinin  “pul tələbi” üzrə iki iddia ərizəsini məhkəmə geri qaytarıb.

XATIRLATMA

“Azerfon” şirkəti fəaliyyətinə 2007-ci ilin 21 mart tarixində “Nar Mobile” ticarət nişanı ilə başlamışdır və qısa vaxt ərzində Azərbaycanın telekommunikasiya və mobil rabitə sahəsində fəaliyyət göstərənşirkətlərdən biridir.

“Nar” “Azerfon” MMC-nin Azərbaycanda fəaliyyət göstərən GSM standartlı mobil rabitə operatoruna məxsus olan əmtəə nişanıdır.