Nağdsız ödənişlərlə bağlı vergi güzəşti-Misalla izah

Date:

Paylaş:

Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, satış əməliyyatlarının nağdsız qaydada aparılması halında, 2019-cu ildən müəyyən güzəştlər nəzərdə tutulur. Bu güzəştlər hansılardır?

 Vergi Məcəlləsində edilmiş son dəyişikliyə əsasən, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti ilə məşğul olan gəlir vergisinin ödəyicisi olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır. Vergi Məcəlləsi, 102.1.24-cü maddəsinə əsasən 

Misal:

Ümumi gəlir = 1.000 manat (o cümlədən 200 manat nağd, 800 manat nağdsız);
Gəlirdən çıxılan ümumi xərc = 700 manat;
Gəlir = 300 manat;
Güzəşt tətbiq edilmədiyi halda, vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği 60 manat (1.000 – 700 = 300 x 20%) təşkil edir.
Güzəşt tətbiq edildikdən sonra vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği 48 manat (800 (nağdsız dövriyyə) / 1.000 (ümumi gəlir) = 0,8 (xüsusi çəki) 0,8 x 25% = 0,2 x 60 = 12 manat) təşkil edir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...