Nadir tapılan Ferrari 8 milyon dollara satıla bilər

Date:

Paylaş:

Gooding&Company şirkəti birinci seriyadan olan Ferrari 250 GT kabrioletini satışa çıxarıb. 1958-ci ildə buraxılmış avtomobil Pininfarina atelyesi tərəfindən təkmilləşdirilmiş dörd avtomobildən biridir. Hərracın təsisçilərinin fikrincə, kabrioletin son qiyməti 8 milyon dollar təşkil edəcəkdir.

Bu kabriolet italyan markasının nadir tapılan modellərindən biridir. Ferrari cəmi 40 ədəd 250 GT Series I kabrioletini buraxıb, lakin onlardan dördü Pininfarina tərəfindən təkmilləşdirilib. Şüşə ilə örtülmüş fənərlərə, yeni hava girişlərinə və bamperlərə sahib olmuş dörd kabrioletdən biri hazırda satışa çıxarılıb.

Bu kabrioletin ilk sahibi Ferrari şirkətinin VIP-müştərilərindən olan şahzadə Alessandro Ruspoli olub. Ferrari şahzadə üşün qara parlaq rəngə boyanmış və çoxsaylı xrom detalları, həmçinin yaşıl dəri ilə üzlənmiş oturacaqları olan kabrioleti hazırlayıb. Eyni rəngə ayaqaltılar və qapı panelləri də malik olublar. Salonun rəngi qeyr-adi görünsə də, bu kabrioletə eksklyuzivlik bəxş edib.

1970-ci ilin əvvəlində Ruspoli avtomobili satıb və kabriolet bir neçə Ferrari azarkeşinin əlində olub. Sonunda kabriolet Amerikaya göndərilib və onun yeni sahibi avtomobili tam şəkildə bərpa edib. Ferrari 250 GT 1994-cü ildə bir neçə zəriflik müsabiqəsində mükafatlara layiq görülüb. 1996-cı ildə isə o, FCA Vintage Concours klassik avtomobillər müsabiqəsinin qalibi olub.

Ferrari 250 GT
Ferrari 250 GT
Ferrari 250 GT
Ferrari 250 GT

Ekspertlər avtomobilin son qiymətinin 8 milyon dollara çatacağını ehtimal edirlər. İyun ayın sonunda italyan məhkəməsinin 250 GTO modelini incəsənət əsəri hesab etməsi, bu qiymət real edir. Məhkəmənin qərarı ilə, heç kim bənzər elementləri öz avtomobillərində istifadə edə bilməz.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...