Biznesmenlə ailə qurmağa hazırlaşan xanımlar bunlar mütləq bilməlidir. Bu maraqlı yazı sosial şəbəkələrin birində qarşıma çıxdı. Orada müəllif, münasibət və ya ailə quran zaman nəyə görə bizneslə məşğul olan insanlardan uzaq durmağın və onların əvəzinə “sadə romantik, cəsarətli təyyarə pilotu və ya dənizçiyə” üstünlük vermənin daha yaxşı olduğunu məntiqli şəkildə izah edir.
Qızlar üçün bir biznesmenin həyat tərzi təxminən belədir: müvəffəqiyyətli, çoxlu istirahət edən, həyatında hər şeyi yaxşı gedən. Lakin…Əslində isə hər şey tamamilə başqa cürdür. Biznesmenlə münasibət qursanız, çoxsaylı çətinliklər və problemlərlə üzləşməli olacaqsınız və onun əvəzinə başqası ilə münasibət qurmadığınız (və ya onunla münasibət qurduğunuz) üçün dəfələrlə məyus olacaqsınız.İndi deyəcəklərimizi yaxşı-yaxşı yadda saxlayın, bunları özünüz üçün qeyd etsəniz lap əla olar.
Biznesmenlik peşə deyil
İlk öncə anlamalıyıq ki, biznesmenlik sənət deyil, bu, həyat və düşüncə tərzidir. Bunun çatmayan cəhəti nədir? Cavab çox sadədir. İnsanın bir peşəsi, hər hansısa bir məşğuliyyəti olanda – istər dülgər, istər rəssam, istərsə də mühəndis olsun – bir vektorda düşünür, onun ata biləcəyi addımları təxminən anlamaq olar. Bizmesmen isə bir cür naməlumluqların cəmidir O, daim nələrinsə “dadına baxır”, təcrübələr aparır; bir sözlə o, “qaranlıq bir aləmdir”. Ola bilsin ki, bu xüsusiyyət xoş sürprizlər planında yaxşıdır, amma bütün qalan məsələlər baxımından qızlar üçün böyük stress mənbəyi olacaq.
Biznesmenin xarakteri
İkinci məsələ xasiyyətdir. Biznesmen qeyri-ciddi, üzüyola, yumşaq biri deyil. Biznesmen təbiətcə sərt, rəftarca tələbkar, çox zaman da heç bir güzəştə yol verməyən biridir. Bunlarsız biznesdə sağ qalmaq mümkün deyil. Burada bir anda olsa, rahatlamaq və kompromisə getmək olmaz. Həmin şəxsin biznesdə bir insan, evdə isə tamam fərqli insan olduğunu düşünmək sadəlövlük olar. Bu insan üçün “ev rejimi” və “iş rejimi” anlayışı yoxdur. Bu da onun növbəti dərdlərindən biridir.
Biznesmenin iş qrafiki – Biznesmen hər zaman işləyir!
O, hətta işləməyəndə belə, işləyir. Hətta istirahət edən zaman da işləyir. Hətta sizinlə görüşdə sizə gül hədiyyə edərkən və xoş sözlər deyərkən belə, o işləyir. Biznes ardı-arası kəsilməyən beyin prosesidir. Başqa insanlarda “iş vaxtı bitdi” anlayışı var, amma biznesmendə belə bir anlayış yoxdur. O, daim hər şeyi ətraflı düşünməlidir, götür-qoy etməlidir, hər şeyi nəzarətdə saxlamalı, bütün mümkün vəziyyətləri hesablamalıdır. Bundan da başqa, o, işdən kənarda olan zaman, ətrafda baş verən hər şeyi təhlil edir və nəticələri də öz biznesinin üzərində tədqiq etməyə cəhd göstərir. Biznesmen üçün biznes, müalicəsi olmayan virus kimidir.“Hətta sizinlə görüşdə sizə gül hədiyyə edərkən və xoş sözlər deyərkən belə, o işləyir” Biznesmenin iş və qeyri-iş günləri olmur. Həftənin bütün günləri onun üçün iş günüdür. Bundan əlavə, onun üçün tezdir/gecdir və ya səhər/axşam anlayışları da mövcud deyil. Ancaq “müqavilələr/danışıqlar/biznes və sairə üçün əlverişli vaxt” anlayışı var. Əgər biznesmen hesab etsə ki, bazar günü gecə saat 3 görüş üçün münasibdir, o zaman o, bu görüşü həyata keçirəcək.
Biznesmenin ən əsas sərvəti
Biznesmenin həyatındakı ən əsas şey onun biznesidir. Bunu başa düşmək lazımdır. Əlbəttə, sevdiyi xanımla evlənərkən və ata olarkən yeni – tam fərqli dəyərlər yaranır, lakin bu anadək, ən əsas şey ancaq biznesdir. Bəli, mahiyyətcə uşaqlar da onun üçün bir biznesdir. Bir xanımla münasibət biznesmen üçün, təxminən, bir startapa edilən yatırım kimidir. O, münasibət quran zaman bütün riskləri – edilən investisiyaların ilkin mərhələlərdəcə iflas ola bilmək imkanını nəzərə alır. Buna görə də o, ilk etaplar da “biznesin” – ailənin qurulmayacağı ehtimalını yuxarı faizlə götürür. Biznesmen belə bir “layihəyə” vaxt və diqqət ayırmağa hazır olsa da, bu vaxt və diqqət onun əsas işi – bizneslə müqayisədə olduqca azdır.
Bir xanım biznesmenin çoxlu pulunun olduğunu düşünən zaman, o xanım güman belə etmir ki, biznesmen həmin pulların böyük hissəsini heç vaxt paltarlara, hədiyyələrə və bu qəbildən olan digər şeylərə xərcləməyəcək. Hətta əgər biznesmenin gəliri milyonlarla ölçülsə də, o, bu pulların çox az hissəsini istirahət və əyləncəyə xərcləyəcək, əksinə, həmin pulların böyük hissəsini biznesə geri qaytaracaq və ya başqa layihələrə yatırım edəcək.
Biznesmen yaradıcı təfəkkürə sahibdir.
Onun təsəvvüründə “pul xərcləmək” xeyir gətirməyən – mənfəətsiz bir şeydir. Odur ki, əziz xanımlar minlərlə dollarlıq kürk görərkən, düşünməsinlər ki, həmin kürkün içərisində necə də gözəl görsənəcəklər. Biznesmenin gözündə həmin kürk öz əməkdaşının bir neçə maaşı və ya artırıla biləcək yatırımdır.
Biznesmenin iş qrafikinə geri dönək.
Əvvəldə də qeyd etdiyimiz kimi, onun üçün iş və qeyri-iş günü yoxdur, onun üçün hər gün iş günü hesab edilir. Buna görə də, əgər o, işləmək qərarına gəlibsə, onun, həftəsonunu sizinlə keçirməyini istəmək əbəs yerədir. Üstəlik, biznesmen effektivlik məsələləri çərçivəsində fikirləşməyə çalışır. Deməli, onun təsəvvüründə bir neçə ay fasiləsiz olaraq çalışmaq, daha sonra isə 1-2 həftə isti ölkələrin birində “necə lazımdır” dincəlmək daha sərfəlidir. Odur ki, xanımlar, belə bir qrafikə öyrəşməyə başlayın. Lakin, hər halda unutmamaq lazımdır ki, istirahətdə belə, o, işləməyə davam edəcək.
“Biznes məndən də vacibdir?”
Biznesmen çox nadir hallarda biznes prosesindən aralaşır. Təkrar edək, biznesmenin həyatının ən mühüm parçası onun işidir. Onu “Biznes məndən də mi əhəmiyyətlidir?” kimi suallarla provokasiya etməyin. Çünki belə olan halda o, əsl həqiqəti sizə deyə bilər. Bundan sonra isə o, sizin yanınızda kimi olsa da, siz özünüzü tənha hiss edəcəksiniz.
Biznemenin gözündə dostluq
Biznesmen çox nadir hallarda öz dostları ilə görüşür. Sevdiyi xanımın dostları ilə isə bundan da nadir görüşməyə hazırdır. Çünki o, effektivlik çərçivəsində düşünür. Hal-əhvalın necə olduğunu öyrənmək üçün zəng etmək bəs edər.
Gələcəkdə faydalı ola biləcək dəyərli məlumat verməyən biri ilə oturub-durmaq da qeyri-effektivdir. Bu da dəqiqdir ki, o, hər həftə sizinlə birlikdə sizin valideynlərinizi ziyarət etməyə getməyəcək. Niyə!? Bəli, çünki bu da qeyri-effektivdir.
Biznesmen üçün rahatlıq nə zaman gəlir?
Biznes daim inkişaf deməkdir. İstənilən hədəf keçid mərhələsidir, çünki bu işdə “son hədəf” anlayışı olmur. Buna görə də biznesmenin biznesinə olan qızğın məhəbbəti heç vaxt soyumayacaq. Xanımlar, onun sizə olan sevgisi isə, çox asanlıqla sönə bilər.Biznesmen inkişaf və fərqliliyi sevir. Elə biznesmen və ailə qurmaq məsələləri arasındakı əsas problem də burada gizlənir. Onu təəccübləndirmək siz xanımlar üçün olduqca çətin olacaq, siz də daim mükəmməlləşməli olacaqsınız. Bir çoxları düşünürlər ki, bu asan işdir. Ola bilər, amma bir ömür dayanmadan mükəmməlləşmək… Özünüz başa düşdünüz.O sizdən nə istəyir? Yanında, sadəcə olaraq, gözəl və evdə rahatlıq, səliqə-sahman yarada biləcək xanımın olmasınıl istəyən biznesmenə inanmayın. Cəfəngiyyatdır! Rahatlıq lazım olsa qulluqçu tutacaq, yemək bişirmək lazım olsa aşpaz işə götürəcək. Onun xanımına olan tələbi bunlardan daha alidir… “Axı o, məhz nələri istəyir?” – bəzən heç özü də nə istədiyini bilmir, elə buna görə də (və ya çünki o,) hər zaman axtarış içərisindədir.Əhəmiyyətli olan şeylərdən biri də anlayışdır. Sözün əsl mənasında, biznesmenin ovuna çıxmış çox sayda qadın var.
Bizmesmen, kişilər arasındakı bir cür “top-model”dir … Kişidə ən çox onun ağlı və ailə və gələcək nəslini təmin edə bilmə bacarığı qiymətləndirilir. Buna görə də biznesmenlər həmişə qadın diqqətinin mərkəzində olurlar. Onun qəlbini qazanmaqla yanaşı, onu əldə saxlamağı da bacarmaq lazımdır, bunun üçün isə çox canfəşanlıq etmək lazımdır. Hə, yaddan çıxmamış, xatırladım ki, bu 2 şey ancaq sizə lazımdır, onun üçün sizi əldə saxlamaq lazımlı məsələ deyil; onun əsas hədəfi onun biznesidir, siz yox.Xanımlar, sizin biznesmenlə tanış olmamağınızı sübut edən çoxlu dəlillər gətirmək olan, lakin bu yazıya xərclədiyim vaxtdan, daha çox vaxt sərf etmək mənim üçün qeyri-effektivdir.Odur ki, özünüz bu yazıdan nəticə çıxarın
Bütün bu oxuduqlarınız müəllifin sözləri idi. İndi isə, yəgin ki, mənim danışmaq vaxtımdır. Mən sizə bütün bunların mənim – qadınların gözündən nə cür görsəndiyini danışacağam. İş haqda deyilənlər, demək olar ki, 100% düzdür. Biznesmen həmişə işləyir! Mən deyə bilmərəm ki, mən super-müasir bizmesmenə ərə getmişəm, lakin o da, hər şeyə rəğmən, dayanmadan işləyir. Səbəb isə sadədir: o işini sevir. Əgər onun həyatına birinci mən yox, iş daxil olsa idi, ola bilsin ki, onun həyatında indi mən yox idim.”Hətta sizinlə görüşdə sizə gül hədiyyə edərkən və xoş sözlər deyərkən belə o işləyir” – bu isə tamamilə düzdür! O həmişə işləyir. Gecə yarı oyanaraq, öz ideyalarını yazmaq və ya nəisə axtarmaq üçün kompyuterin başında əyləşmək – bizim ailəmizdə çox adi vəziyyətdir.O, mənim doğum günümdə də işləyə bilər (keçən il olduğu kimi) və ya toyumuzun ildönümündə işlə bağlı məzuniyyətdə də ola bilər. O, əvvəlcədən mənim üçün hədiyyə almağı unuda və vəziyyətdən nə cürsə çıxa bilmək üçün, özü üçün aldığı bir şeyi “hədiyyə” adı ilə evə gətirə bilər. Belə olan halda, onun dostları və doğmaları üçün hədiyyələri də mən almalı oluram.Əgər başqa bir qadın əri üçün həm ana, həm dost, həm də sevgilidirsə, bizdə “3+1” prinsipidir: bu üç missiya ilə yanaşı, mən həm də ərimin şəxsi köməkçisiyəm. Çünki həmişə ona, onun nə etməli olduğunu, kimlə görüşəcəyini, hətta deyəcəyi sözləri belə xatırladıram.Mən artıq tam rahatlıqla internet-layihələrinin aparılması və məzmun siyasəti üzrə seminar və kurslar keçə bilərəm. Çünki onun bütün yeni ideyaları mənim üzərimdə “sınaqdan keçirilir”. Mən onun üçün sınaq auditoriyası rolunu oynayıram. Mənim kimi bir auditoriyanın qarşısında o, yeni fikir və ideyalarını səsləndirir. Mən övladımla dəniz qırağına gəzməyə gedən zaman, o, mənə zəng edərək yeni əldə etdiyi biliklər və ağlına gələn fikirlər haqda 20 dəqiqə danışa, zəngin sonunda isə belə bir söz deyə bilə: “Superdir ki! Mən bankdan evə gedə-gedə səninlə danışmışam. Sanki sən uzaqda yox, yanımdasan! Gəl mən sənə sonra zəng edim, iş görüşünə gedərkən! Bir neçə maraqlı ideya var, hansıları ki, müştəriyə təqdim etməzdən öncə redaktə etmək lazımdır…”Son olaraq isə mən demək istəyərdim ki, əgər siz biznesmenə ərə getmək qərarını vermisinizsə, sizin ən əsas rəqibəniz hansısa həmkar yox, iş olacaq. Bəli, iş doğma və əzizdir. Hər zaman əriniz üçün maraqlı qala bilmək üçün, tətili unutmalı və “qaçıb ona çatmalı”, onun xasiyyətini müntəzəm olaraq tədqiq etməli və bu yolda da heç zaman dayanmamalı olacaqsınız. Siz artıq onunla eyni “vaqondasınız” və yalnız bir istiqamətə baxmalısınız. Xeyr, bu o demək deyil ki, daha “mən” deyə bir şey yoxdur; artıq ancaq “biz” var. Lakin indi “biz”dəki “mən” əvvəlkindən daha da böyük olmalıdır.Bu bir növ yarışdır, xanımlar. Əgər bu yarışda bir an belə olsa yorğunluğa yer versən, çox geridə qalacaqsan. Bu həddən çox maraqlıdır. Əgər sizin ümümi maraqlarınız olacaqsa, heç zaman darıxmayacaqsınız. Hə, yaddan çıxmamış, siz həmişə 3-lük olacaqsınız: siz, o və onun işi. İndi isə bu iş həm də sizin işiniz olacaq.
Tərcümə “biznesmen.az” saytına məxsusdur.