Türkiyədə yaşayan 63 yaşlı İsmayıl Erzurumluoğlu nəvələri üçün təqaüdçü olduqdan sonra yük maşını və avtobus maketi yaratmağa başlayıb. Düzəltdiyi maketlər bəyənildiyi üçün qalereya açıb və onları satır.
4 il əvvəl nəvəsi üçün düzəltdiyi maketleri internetdə paylaşılmasıyla Türkiyənin bir çox şəhərindən sifariş alan Erzurumluoğlu hobbi olaraq başladığı işi biznesə çevirib.
Hobbi olaraq təxminən 40 il əvvəl oğlu üçün düzəltdiyi avtobus maketinin bənzərini nəvələri üçün yaratdığını söyləyən Erzurumluoğlu “Uşaqlarım bunları internetdən paylaşmışdı. Böyük diqqət çəkdi. Türkiyənin bir çox bölgəsindən almaq istədilər.” deyir.
Bəzi texniki mövzularda oğlunun köməyi xaricində hamısını əl əməyiylə ildə təxminən 800 ədəd yaratdığını söyləyən Erzurumluoğlu maketləri daha çox xarici ölkələrə satmaq istəyir.
Erzurumluoğlu tələbə görə bəzən bir maketin istehsalının aylarla davam etdiyini söyləyərək, qiymətlərinin çətinlik dərəcəsinə görə 800 manat ilə 3000 manat arasında dəyişdiyini bildirib.
Maketin xaricdə böyük diqqət çəkdiyini söyləyən Erzurumluoğlu, Rumıniya, İngiltərə, Almaniya, İndoneziya və Əfqanıstana qədər dünyanın bir çox yerindən sifariş aldıqlarını deyir. Erzurumluoğlunun əsl hədəfi isə Çin bazarına daxil olmaqdır.