Nəhəng şirkətlərin ağıllı ev sistemləri

Date:

Paylaş:

Hazırda dünyanın aparıcı şirkətləri “ağıllı” ev sistemləri üzərində çalışır, çünki müəssisə rəhbərləri bu xidmətlər bazarının inkişaf perspektivlərini görürlər. Əhalinin bir hissəsinin müəyyən şərtlərdə insan həyatını təhdid edə biləcək innovasiyalara şübhə ilə yanaşmasına baxmayaraq, əksəriyyət müasir evlərdə rahatlığın artırılmasının tərəfdarıdır.

Bu ideyaların reallaşdırılması zamanı yaranan ən böyük çətinlik müxtəlif qurğuları bir yerdən idarəetmə imkanı ilə vahid şəbəkəyə birləşdirməkdir. Aparıcı şirkətlər bu istiqamətdə müxtəlif yollarla irəliləyir. Belə ki, “Google” şirkəti artıq “Google Home” sistemini hazırlayıb. Onun köməyilə yalnız kiçik prosessorların idarəetməsi altında ayrı-ayrı qadcetləri deyil, həm də qapı qıfılları və bağın suvarılması sistemini idarə etmək olar.

Rəqiblərindən geri qalmamaq üçün əlindən gələni edən “Samsung” müştərilərə güclü “Samsung Connect” proqramının idarəetməsi altında “Connect Home” sistemini təklif edir. Bu sistem funksionallıq baxımından “Google Home” sisteminə bənzəyir, lakin ona “Amazon”da olan səsli “ağıllı” ev idarəetməsi kimi kiçik əlavə edilib.

“IKEA” isə elektrik enerjisinə qənaət etməyə və evi zövqə uyğun dizayn etməyə imkan verən “ağıllı” işıqlandırma sistemini tətbiq edir. Hazırda “ağıllı” ev tətbiqetməsi üzrə göstərilən xidmətlərin ümumi dəyəri 10 milyard dollar təşkil etsə də, bu məbləğ yaxın onillikdə 2, hətta 3 dəfə arta bilər. Bəşəriyyətin müqavimət göstərməsinə baxmayaraq, innovativ inkişafı dayandırmaq qeyri-mümkündür.

©bbf

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...