“Seamless Air Alliance” təşkilatı uçuş zamanı sərnişinlər üçün internetə fasiləsiz çıxışı təmin edən Seamless Release 1.0 dünya standartını yaratması barədə bildirib.
Artıq açıq interfeysli modul sistemi sayəsində təyyarədə Wi-Fi şəbəkəsinə qoşulmaq daha rahat və ucuz olacaq.
Təşkilatın baş direktoru Bloomberg agentliyinə verdiyi açıqlamasında bildirib ki, aviaşirkətlərin provayderlə bağlı “başağrsına” çevrilən problemləri həll olunub,belə ki,artıq onlar yalnız bir seçilmiş provayderlə işləyən avadanlıqdan istifadə edirlər.
Qeyd edək ki, “Seamless Air Alliance” təşkilatına “Panasonic”, “Nokia”, “Airbus”, “Virgin Atlantic” və “SoftBank” kimi 30-a yaxın iri şirkət daxildir. Amma “Boeing”, “Verizon və ya “American Airlines” kimi bir çox aviaşirkətlər təşkilatla əməkdaşlığa qoşulmayıblar.