Nə üçün aviaşirkətlər bizim əşyalarımızı itirirlər?

Date:

Paylaş:

Aviaşirkətlər deyirlər ki, sərnişinlərin baqajlarının itməməsi üçün getdikcə daha səmərəli tədbirlər həyata keçirirlər. Bununla belə, hər il milyonlarla çanta və çamadan itməkdə davam edir.

“Baqaj karuselinin” yanında durub öz əşyalarınızı tapmadığınız çoxmu olub?

Milyonlarla insanın səyahəti belə başlayır, ya da belə bitir. Onlar həyəcan və qəzəblə aviaşirkətin məlumat masasına qaçıb öz əşyalarının taleyini öyrənməyə çalışırlar.

Təyyarələrində və nəzarət-keçid nöqtələrində ən yeni texnologiyalardan istifadə edən şirkətlər nə üçün problemsiz baqajdaşıma təşkil edə bilmirlər?

Hər halda, irəliləyiş var

Baqajdaşımaya nəzarət edən beynəlxalq İT provayder şirkəti “Sita”nın məlumatına görə, 2007-ci ildə itən baqajların sayı 46,9 milyon olubsa, 2018-ci ildə bu göstərici 24,8 milyona enib.

Halbuki bu müddət ərzində təyyarə sərnişinlərinin sayı faktiki olaraq iki dəfə artıb.

aviaşikət
aviaşikət

Məsələn, Amerikanın “Delta” aviaşirkəti çamadanların tutacağına yapışdırılan ştrix-kod etiketlərində radiotezlik indikatorlarından (RFİD) istifadə etməyə başlayıb.

Mərkəzi monitorinq sistemi əşyanın yerini müəyyən edə bilsin deyə maşınlar baqaja verilən hər bir çantanı skan edirlər.

“Deməli, bizim hər il qəbul etdiyimiz 150 milyon baqaj belə indikatorla təmin edilib” – şirkətin icraçı direktoru Gareth Joyce belə deyir. Şirkət həmçinin bəyan edir ki, baqajların təhlükəsizliyini 99,9% səviyyəsində təmin edir.

Sərnişinlərin əşyalarını itirməmək üçün digər şirkətlər də RFİD-dən və mobil skanerlərdən istifadə edirlər.

25 milyon baqaj itməkdə davam edir. Nə üçün?

“Sita” şirkətinin nümayəndələri deyirlər ki, baqajların yarısı reysdəyişmə zamanı itir.

Sərnişinlər özləri bir təyyarədən düşüb digərinə keçə bilsələr də, onların əşyaları buna fürsət tapmır.

aviaşikət
aviaşikət

Çantaların böyük əksəriyyəti həm də ona görə tapılmır ki, yükləyicilər onları dəyişik salırlar, ya da sərnişinlər səhvən başqalarının baqajını götürürlər.

Problemə təsir edən faktorlardan biri də yükdaşımanın mürəkkəb sistemi və onun çətin təşkilidir.

Bəzi aeroportlar və aviaşirkətlər bu işlə özləri məşğul olurlar, bəziləri isə eyni zamanda bir neçə şirkətə xidmət göstərən müstəqil kampaniyalarla birgə çalışırlar.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) baqaj haqqında informasiyanın kodlaşdırılması standartını 1989-cu ildə müəyyənləşdirib, ştrix-kod sistemi isə hələ 1950-ci illərdə formalaşıb.

Amma bəzi kiçik aeroportlar hətta bu sistemdən də istifadə etmirlər. Yükləyicilərin işini yüngülləşdirmk üçün “Zebra” şirkəti Yunanıstanın 14 aeroportunu əşyaların ştrix-kod etiketlərini skan etmək imkanı verən kompüterlərlə təmin edib.

“Yoxsa biz kağız və qələmdən istifadə etməli olardıq” – şirkətin əməkdaşı Dean Porter belə deyir. Avropanın bir çox kiçik aeroportunun da yenilənməyə ehtiyacı var.

“Sita”nın məlumatına görə, baqajların böyük əksəriyyəti məhz Avropada itir: 1000-dən 7-si. Şimali Amerikada bu göstərici 3, Asiyada isə daha azdır – cəmi 1,77.

aviaşikət
aviaşikət

Ötən il İATA aeroportları sərnişinlərin əşyalarına nəzarəti gücləndirməyə məsul edən “Qətnamə 753” sənədini hazırlayıb.

Qlobal baqaj əməliyyatları şöbəsinin müdiri Andrew Price deyir ki, baqajın təyyarəyə qəbul edildiyi yer də daxil olmaqla, aeroportlar sonrakı transfer zamanı onun bir neçə əsas məntəqədə mövcudluğuna nəzarət etməli olacaqlar.

Keçən ay assosiasiya RFİD əlavəli etiketlərdən istifadəni də təsdiqləyib.

Bahalı cihazlara xərclənəcək vəsaiti və monitorinq sistemini nəzərə almaqla belə, bu addım 3 milyard dollar qənaətə gətirib çıxaracaq, çünki itmiş baqajın axtarılması və sərnişinə göndərilməsi böyük vaxt və maliyyə itkisinə səbəb olur.

Yeni texnologiyalar

Andrew Price deyir ki, baqaj biznesi kənardan darıxdırıcı və maraqsız görünür, halbuki bu sahədə daim yeni texnologiyalardan istifadə edilir və investisiyalar cəlb olunur.

Məsələn, “Delta” şirkəti artıq baqajdaşıma sistemindəki qanunauyğunluqları və zəif yerləri tapmalı olan maşınlardan istifadəni sınaqdan keçirir. Bu, problemin daha tez-tez yarandığı konkret istiqamətlər və ya çamadan növləri ola bilər.

“S7” aviaşirkəti isə baqaja nəzarət proqramı hazırlayıb, artıq sərnişinlərin yarısı bu proqramdan istifadə edir. Buna bənzər vasitələri bir çox başqa şirkətlər də təklif edirlər.

Texnologiyanın bu növü baqajdaşımanın keyfiyyətinə birbaşa təsir etməsə də, öz əşyaları haqqında informasiyaya malik olmaq sərnişinlərin xoşuna gəlir.

Onlar bu işi tamamilə öz əllərinə ala bilərlər, bunun üçün baqajlarına GPS və ya mobil operatorların teqləri vasitəsilə xüsusi proqramda onların yerini göstərəcək cihaz yerləşdirmələri kifayətdir, Belə proqramlar hazırlayan şirkətlər arasınada “LugLos”, “Trakdot” və “Smart Unit” də var.

İtən baqajın başına nələr gəlir?

“Sita” nümayəndəsinin sözlərinə görə, “azan” baqajların 5 faizi aeroportun itən əşyalar şöbəsində olur, bir neçə ay orda saxlandıqdan sonra ya məhv edilir, ya da auksiona göndərilir.

aviaşikət baqajı
aviaşikət baqajı

“Bizdə hər növ əşya olub – protez dişlərdən tutmuş taxma əl və ayaqlara qədər”, – Bristol auksion evinin (BCVA) direktor köməkçisi Sam Ewing belə deyir.

ABŞ-ın Alabama ştatındakı tələb edilməmiş baqajlar mərkəzi belə əşyaları aviaşirkətlərdən alıb satışa çıxarır.

Onların saytında belə yazılıb: “Siz nələr tapa biləcəyinizi heç təsəvvür belə edə bilməzsiz”.

Ümid edək ki, tezliklə aviaşirkətlər baqajların itməsi problemini həll edəcək və bu cür mərkəz və auksionlara ehtiyac qalmayacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...