Əsas səhifə Məqalələr Fərdi inkişaf Nəyə görə planlarımızı heç kəslə bölüşməsək, daha yaxşı olar

Nəyə görə planlarımızı heç kəslə bölüşməsək, daha yaxşı olar

432
Paylaş

Sizinlə açıq olacağam. Həyatım boyu dəfələrlə etdiyim səhvlərdən biri, təqribi hesablamalar aparmağım olub.

Əksər hallarda mən öz məqsədlərimə çata bilmirdim. Yolun üçdə bir hissəsini keçdikdən sonra, mən, marağımı itirirdim və yolumdan dönürdüm. Mən bu səhvi dəfələrlə etmişəm.

Mən davranış modelinin səmərəsizliyini başa düşmürdüm. Bu model, mənə başladığım işi sona qədər yerini yetirməyimə imkan vermirdi. Bir neçə il belə davam etmişdi. Bir gün mən özüm özümə psixotexnika seansını keçirtdim. Bu texnika “təmiz mühit” adlanır.

Seans zamanı mən aşkar etdim ki, mənim davranışım bir sıra stereotiplərə əsaslanır, hansılar ki mənə irəli getməkdə maneə olur. Maraqlısı odur ki, bu davranış insanların əksəriyyətində rast gəlinir.

Mən hər kəsin adından danışa bilmərəm. İnsanlar var ki, öz səhvlərini görürlər və düzgün istiqamətdə hərəkət edirlər. Onlar öz məqsədlərinə çatmaqda müvəffəq olurlar.

Hər kəsin şəxsi məqsədləri var

Artıq çəkini atmaq. İngilis dilini öyrənmək. Kompüter oyunu yaratmaq. Gitarada çalmağı öyrənmək. İdman zalına getmək. Kitab yazmaq. Hər səhər qaçmaq. Səyahət etmək. Şəkil çəkmək. Biznes açmaq. Şəxsi blog aparmaq.

Sadalanmış hər bir şey şəxsi məqsədlərə aiddir.

Hər dəfə qarşıma yeni məqsəd qoyanda, bu xəbəri dostlarım, valideynlərim və iş yoldaşlarım ilə bölüşürdüm. Mən onlara bir sıra vədlər verirdim.

“Bu arada yeni roman yazmaq fikrim var”

“Mən dostlarımla yeni kompüter oyunu üzərində çalışıram”

“Mən yeni biznes açmağı düşünürəm”

Öz məqsədlərimi kimlə isə bölüşdüyüm zaman, halların 95%-də başladığım işi sona qədər yerinə yetirmirdim. Məqsəd artıq o qədərdə istəkli görünmürdü və ya ona doğru aparan yol gözümə çox çətin və uzun görünməyə başlayırdı.

Maraqlı eksperiment

Mən internetdə araşdırma aparmaq qərarına gəldim və özüm üçün Amerika açdım!

Psixologiya üzrə alman professoru olan Peter Gollwitzer, bu fenomeni artıq 15 ildir ki tədqiq edir. Bir dəfə, o, çox maraqlı bir sosial eksperiment həyata keçirib.

Eksperimentdə bir qrup tələbə iştirak etmişdir. Əsas məqsəd tələbələrin öz niyyətlərini ictimaiyyətə açıqlaması, onların şəxsi məqsədlərə çatmalarına  təsir edib-etməyəcəyini öyrənmək idi.

Bunun üçün Gollwitzer bu kimi ifadələrdən istifadə etmişdir: “Hüquq təhsilindən bacardığım qədər çox şey əldə edəcəyəm”, “Mən müvəffəqiyyətli vəkil olmağa hazırlaşıram”, “və s. Tələbələr hər ifadəni “Tamamilə razıyam” və “Tamamilə razı deyiləm” şkalası üzrə qiymətləndirməli idilər.

Sorğu anonim şəkildə həyata keçirilmişdi. Eyni zamanda, tələbələrdən məqsədlərinə çatmaq üçün etmək lazım olduqları əsas üç şeyi göstərmələri tələb olunurdu.

Cavabların əksəriyyəti belə oldu: “Mən müntəzəm şəkildə sahəm üzrə kitab oxuyacağam” və ya buna oxşar bir şey.

Tələbələr öz anketlərini təhvil verdikdən sonra, Gollwitzer aşkar etdi ki, tələbələrin əksəriyyəti anketlərdə öz adını da qeyd edib. Tələbələrin bəziləri isə anketi doldurmaqdan imtina edərək, öz niyyətlərini açıqlamaqdan imtina ediblər.

Niyyətlərini açıqlamayanlar…

Tələbələrin ağıllarına belə gəlməzdi ki, onların niyyətləri praktiki şəkildə yoxlanılacaq.

Psixoloqlar bir müddət gözlədikdən sonra, sorğuda iştirak edənləri “yoxladılar”. Onlar tələbələri kriminal işin istintaqında iştirak etmək üçün dəvət etdilər. Qeyd olundu ki, istintaqda iştirak könüllüdür və kim istintaqa kömək etmək istəmirsə çıxıb gedə bilər.

Eksperimentin nəticələri birmənalı olmamışdı. Sorğu anketində öz niyyətini açıqlayan tələbələrin əksəriyyəti, istintaqda iştirak etməkdən imtina etmişdilər.

Yalnız öz niyyətini açıqlamayan tələbələr bu çətin işə baş qoşaraq, axıra kimi  apara bilmişlər.

Niyə insanlar öz niyyətlərini bölüşürlər?

Gollwitzer hesab edir ki, bu, tamlıq hissinə aiddir.

Hər birimiz ideal insan olmağa çalışır. Lakin, verdiyimiz vədlər çox vaxt simvolik xarakter daşıyır. Bu bizə sadəcə öz rolumuzu müəyyən etməkdə kömək edir. Məsələn: “Mən hüquqşünasam”, “Mən yazıçıyam”, “Mən fotoqrafam”, “Mən proqramçıyam”.

Birinci eksperimentin nəticələri ilə kifayətlənməyən Gollwitzer, bir dənə də təcrübə keçirir. Tələbələrə beş şəkil göstərdilər. Şəkillər ölçü baxımından bir-birindən fərqli idi. Təcrübədə iştirak edənlərə belə bir sual verilirdi: “Özünü nə dərəcədə mükəmməl bir hüquqşünas kimi hiss edirsən?”.

Tələbələr özünü qiymətləndirərək, beş şəkildən birini seçməli idilər. Nə qədər böyük şəkil seçsən, bir o qədər özündən razısan.

Sorğuda öz niyyətini açıqlamış tələbələr daha böyük ölçülü şəkili seçirdilər. Onlar öz təxəyyülündə bir əfsanəyə çevrilmişdilər. Əfsanələr isə heç vaxt “çirkli” işlərə əl atmırlar.