Əsas səhifə Tenderlər Nəhəng tikinti Tenderi

Nəhəng tikinti Tenderi

232
Paylaş

Tender 1 (bir) lot üzrə keçiriləcək.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə fərdi evlərin tikintisi işlərinin satın alınması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıq tenderə dəvət edir.
– Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə fərdi evlərin tikintisi işlərinin satın alınması
– Respublikanın 25 şəhər və rayonunda (Ağdam, Salyan, İsmayıllı, Neftçala, Qazax, Bərdə, Ağcabədi, Sabirabad, Ucar, Zərdab, Samux, Astara, Xaçmaz, Gədəbəy, Şəmkir, Yevlax, Hacıqabul, Saatlı, Masallı, Tərtər, Cəlilabad, İmişli, Tovuz, Yardımlı, Zaqatala) Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 80 ədəd 2 (iki) otaqlı və 220 ədəd 3 (üç) otaqlı fərdi evlərin tikintisi işlərinin satın alınması.
 
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi 85 (Əlaqələndirici şəxs Tender komissiyası (012) 596-44-09) ünvanından ala bilərlər.
 

İştirak haqqı :3000 (üç min) manat

Satınalan təşkilat: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

VÖEN: 1700093011

Bank: Dövlət Xəzinədarlığı Agentliyi

KOD: 210005

Müxbir Hesabı: AZ41NABZ01360100000000003944 

VÖEN: 1401555071

SWIFT: CTREAZ22

H/HESABI: AZ80CTRE00000000000002138501
Büdcə gəlirlərinin təsnifat kodu – 142340 Büdcə səviyyəsinin kodu – 7
 
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

      1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;

  1. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

  2. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

  3. Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

  4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;

  5. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

  6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

  1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

  2. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

  3. Digər sənədlər (—).

 
 Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan sənədlər Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
-İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 24 aprel 2019-cu il tarixdə saat 17:00- dək, tender təklifi və tender təklifinin təminatını isə möhürlənmiş ikiqat zərfdə 02 may 2019-cu il saat 17.00-dək Bakı şəhəri, Salatın Əsgərova küçəsi 85 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 03 may 2019-cu il saat 15.00-da Bakı şəhəri, Salatın Əsgərova küçəsi 85 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.