Əsas səhifə Biznes Nəhəng dovşanlar böyüdüb, cütünü 500 manata satan Azərbaycanlı gənc

Nəhəng dovşanlar böyüdüb, cütünü 500 manata satan Azərbaycanlı gənc

4283
Paylaş

Dovşan saxlayıb artırdı, onları satmaqla özünə biznes qurdu.

Bakıda 27 yaşlı gənc dovşan biznesi ilə özünə maşın və ev də alıb. Onun elə dovşanları var ki, iriliyi ilə kənardan diqqəti cəlb edir. Babək Qəribov daha çox qeyri-adi dovşan sortları saxlayır. O, 10 ildir dovşan saxlamaqla məşğuldur. Dovşanların arasında eləsi var, nəhəngliyi ilə görənləri heyrətləndirir. Babək dovşanları artırır və satır. Deyir ki, bəzi dovşanları ətini yemək üçün alırlar, bəzilərini isə sadəcə evdə saxlamaq üçün.

Nəhəng dovşanlar əsasən qarğıdalı, arpa, buğda, tum, quru yonca ilə qidalanır. İki cütünün qiyməti isə 500 manata yaxındır.

Babək deyir ki, dovşanlar ildə 4-5 dəfə balalayır. Hər dəfə 8-14 arası bala doğulur.

Biznes qurmaq üçün ideya tapmağın yolları

Hazırda onun təsərrüfatında 200-ə yaxın dovşan var.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

©Xezerxeber