Myspace-i 580 milyon dollar satan milyoner necə yaşayır?

0
1285

Təsəvvür edinki, 580 milyon dollar sərvətiniz var onu necə xərcləyərdiniz? Bu sərvətə malik olan biri, çox fərqli şeylər edə bilər. Lakin, MySpace-i 580 milyon dollara satan Thomas Anderson dünyanı səyahət edir, rastladığı gözəl yerlərin şəkillərini çəkir və həyatın gözəlliklərini sonuna kimi dadmağa çalışır.

2003-cü ildə 32 yaşlı Thomas Anderson dostu Chirs DeWolfe ilə birlikdə qurduğu MySpace internet platformasını, 2005-ci ildə Intermix-ə 580 milyon dollar qarşılığında satdı. MySpace, Bundan sonra edilən yeniliklərlə daha da böyüyən MySpace, 2005-ci ildən 2008-ci ilə kimi dünyanın ən böyük sosial şəbəkəsi olmağı bacardı. 2008-ci ildə Google tərəfindən edilən açıqlamalara görə, ABŞ-da ən çox axtarılan, ən çox istifadə edilən internet saytı idi. ABŞ-da 76 milyon insan tərəfindən aktiv şəkildə istifadə edilmiş MySpace internet platforması, Facebook, Instagram, Twitter kimi sosial şəbəkələrin meydana çıxması ilə getdikcə öz əhəmiyyəti itirməyə başladı. Beləliklə, çox böyük dəyər itirərək 30 iyun 2011-ci il tarixində Specific Media tərəfindən 30 milyon dollar qarşılığında alındı.

2009-cu ilə kimi aktiv olaraq MySpace-də çalışan Thomas Anderson, “40 yaşımda təqaüdə çıxacağam” sözünün üstündə duraraq şəxsi həyatına daha çox zaman ayırmağa başladı.

Aktiv şəkildə 2011-ci ildən fotoqrafçılıqla məşğul olan Thomas Anderson, getdiyi yerlərin ən gözəl yerlərini çəkərək öz şəxsi instagram hesabından paylaşaraq, təqaüdə çıxmağının həzzini sonuna kimi yaşamaqdadır.

MySpace-dən ayrıldıqdan sonra sərvətini necə xərcləyəcəyini sualına Thomas belə cavab verir: “Pul qazanmaq üçün heç bir şey etmirəm. Hətda bir dəqiqəmi belə pul qazanmağa sərf etmək istəmirəm. 2011-ci ildə Burning Man-ə getdim və ondan sonra fotoqrafçılıqla məşğul olmaq qərarına gəldim. Lakin bunu pul qazanmaq üçün deyil, sadəcə xobbi olaraq edirəm. Şəxsi instagram hesabıma yüklədiyim şəkillərə heç bir sponsorluq qəbul etmirəm və satmıram. Əgər belə edərsəm özümü çalışmış kimi hiss edəcəm. Çəkdiyim şəkillər turizm sektoruna çox böyük təsirini göstərməkdədir. Çünki insanlar instagram hesabımdakı şəkilləri görərək ora səyahət etmək istəyirlər. Mənim üçün zaman çox dəyərli olduğuna görə, zamanı almaq üçün çoxlu pullar xərcləyirəm. İndiki gənclərə bunu tövsiyyə edirəm ki, səyahət etmək istəyirsinizsə bunu dərhal indi etməyə çalışın. Bir dəqiqə belə gözləməyin. Çünki zaman keçdikcə iş və ailə həyatınızdakı çətinliklər, məsuliyyətlər artığı üçün səyahət etmək imkansız hala gələcəkdir.”

Tərcümə: İsmayıl Abbas