Müvəffəqiyyətə aparan qanqallı yol – NESTLE

Date:

Paylaş:

Nestle dünya şöhrəti olan ən böyük İsveçrə şirkətidir, qida məhsullarının istehsalı üzrə ixtisaslaşıb. Nestle fəaliyyətinin başlanğıcına 19-cu əsrin 60-cı illərində qədəm qoyub və bu gün onun illik gəliri 10 milyard dolları aşır. Şirkətin istehsal etdiyi məhsullar bir-birindən fərqlənsə də, onları birləşdirən bir şey vardır – yüksək keyfiyyət. Əlbəttə ki, yeni məhsullar da var, lakin firma öz nüfuzuna çox dəyər verir, buna görə də heç vaxt plankanı aşağı salmır. 

Şirkətin Nescafe qəhvəsi və ya Perrier mineral su markaları, artıq müstəqil brend olaraq fəaliyyət göstərirlər. Uşağına bir dəfə də olsun Kit-Kat və ya Nesquik şokoladını almamış insan varmı? Şirkət eyni zamanda dondurma və yüzlərlə digər məhsulları da istehsal edir. 

Müvəffəqiyyət tarixində qalmaqallar

Şirkətin fəal şəkildə inkişaf elətdirdiyi sahələrdən biri də körpələr üçün qidadır. Bu, olduqca ciddi istehsaldır, çünki uşaqlar üçün, xüsusən bir ilədək qidalanma və quru qarışıqlar yalnız allergiyaya səbəb olmayacaq xammal, tərəvəz və meyvələrdən hazırlanmalıdır. Valideynlər bu məhsulların uşaqlarına zərər verməyəcəyinə əmin olmasalar, Nestle qidalarını almazdırlar. Buna baxmayaraq, Nestle-nin də tarixində “qaranlıq qalan” məsələlər olmuşdur. 

“Kanadada şokolad sövdələşməsi” də belə qalmaqallardan biri olmuşdur. Məlum olmuşdur ki, Nestle işçiləri ilə sövdələşərək Kanada ərazisində şokoladın qiymətlərini müəyyən etməyə, digər şokolad istehsalçılara da təzyiq göstərməyə çalışıb. Qalmaqala görə şirkət 9 milyon dollarlıq cərimə ödəməli olub. 

Uşaqlar üçün quru qarışıqların reklamı da insanlar tərəfindən mənfi qarşılandı – onlar elə qənaətə gəldilər ki, analar bilərəkdən körpələrinə ana südü yox, quru qarışıqlar verməyi üstün tuturlar. 

Hətta Efiopiyanın belə Nestle-yə borcu var. Şirkət dövlətdən borcun qaytarılmasını tələb etdikdə, xalq üsyana qalxdı, çünki əhalinin maliyyə durumu onsuz da acınacaqlı vəziyyətdə idi. 

Ən böyük qalmaqal Nestle-nin uşaqlar üçün istehsal etdiyi qidalarda melamin maddəsinin aşkar edilməsi ilə bağlı olmuşdur. Qeyd edək ki, bu, bir çox uşaqların dünyasını dəyişməsinə səbəb oldu. 

Digər qalmaqallardan biri Nestle şokoladları üçün kakao paxlasını yığan uşaqlarla, tərkibində atın DNT-si aşkar olunan ət konservləri və Nestlé Pure Life suyu ilə əlaqəli olmuşdur. Bütün bunlara baxmayaraq, şirkətin illik gəliri günü-gündən artır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...