Əsas səhifə Biznes Biznes məqalələri Müvəffəqiyyətin 5 səbəbi: niyə Amazon dünya üzrə ən varlı şirkətə çevrilib?

Müvəffəqiyyətin 5 səbəbi: niyə Amazon dünya üzrə ən varlı şirkətə çevrilib?

477

Amazon şirkəti 24 ildir ki fəaliyyət göstərir. 2019-cu ildə, o, Microsoft şirkətini keçərək, dünyanın ən varlı şirkətinə çevrilmişdir. Amazon-nun kapitallaşması $796 milyardı keçib, müqayisə üçün xatırladaq ki, Microsoft şirkətinin qiyməti $783 milyard təşkil edir.

CNBC nəşri, bu müvəffəqiyyətin sirləri ilə bizimlə bölüşür.

  1. Bulud xidmətləri (Cloud)

Rəqəmlərin Microsoft servislərinin yüksək artım sürətini göstərmələrinə baxmayaraq, Amazon Web Services öz liderliyini qoruyub saxlayır.

Synergy Research Group-un verdiyi məlumata görə, onun illik gəliri $23 milyardı aşır. AWS-nın payına dünya bulud bazarının 40%-i düşür.

AWS-dan milyonlarla insan və şirkət istifadə edir, o, 140 müxtəlif xidmətlərə malikdir. Bu biznes, yeni bazarları işğal etməyə davam edir. Amazon şirkətinin məlumat mərkəzləri Bəhreyn, Hong Kong, İtaliya və ya Cənubi Afrika kimi yerlərdə yerləşirlər.

Eyni zamanda, AWS daha böyük şirkətlər tərəfindən də istifadə olunur.

  1. Elektron kommersiya sahəsində dominantlıq

İnkişaf edərək, Amazon genişləndi və bir çox sahəni əhatə etməyə başladı. Lakin, bu biznesin nüvəsi hələ də elektron kommersiyadır.

Ötən il ərzində onlayn alış-verişlərin təxminən yarısı Amazonun payına düşmüşdür. Şirkətin gəlirinin 90%-i elektron ticarətin üzərinə düşür.

Sərmayəçilər üçün sevindirici məqam odur ki, burada inkişaf üçün imkanlar hələ də var. Şirkət digər regionlarda inkişafa böyük sərmayələr yatırır, onlar sırasına Hindistan da daxildir. Eyni zamanda, Amazon offlayn-riteyl bazarına çıxmağı da planlayır.

  1. İnkişaf drayveri: sağlamlıq sahəsində xidmətlər, Alexa və reklam

Bütün sadalananlar yanaşı, Amazon-un digər perspektiv inkişaf istiqamətləri də var. Misal üçün, şirkətin “Digər” inkişaf seqmentlərinə reklam daxildir. Üçüncü rübdə, o, 122%-a qədər artaraq, şirkətə $2,5 milyard gəlir gətirib.

Səhiyyə sahəsi də Amazon-un maraq dairəsinə daxildir. Qeyd edək ki, ötən il şirkət PillPack onlayn apteki $1 milyarda almışdır. Bank sektoru sahəsinə gələndə, hal-hazırda Amazon öz bank hesablarının yaradılması üzərində işləyir.

Hollywood da internet nəhəngi olan Amazon-un təsirindən qurtula bilməyib. Amazon Studios bir sıra TV-şou və seriallar istehsal edir. Şirkətin bu bölməsi artıq bir sıra məşhur insanlarla müqavilə bağlamaqda müvəffəq ola bilmişdir. Onlar sırasına aktrisa Nicole Kidman, komik Jordan Peele və bəstəkar  Cheo Hodari Coker daxildir.

Əlbəttə ki, şirkət  Alexa sütunundan istifadə edəndə heç də həmişə gəlir əldə etmir. Lakin, bu məhsul, onlayn alış-verişdən istifadə zamanı gəlir gətirə bilər.

  1. İdarəçi komandanın kompaktlığı

Digər şirkətlərdən fərqli olaraq, Amazon-da işçi heyəti o qədər də geniş deyil. KİV-in verdiyi məlumata əsasən, şirkətə 20 nəfərdən az top-menecer daxildir.

  1. İri qalmaqalların olmaması

Vaxtaşırı KİV, bizə Amazon ilə Donald Trump arasında olmuş qalmaqalı xatırladırlar. ABŞ prezidenti şirkəti vergilərdən yayınmasına və dövlət elektron poçtundan səmərəsiz istifadə etməsinə görə günahlandırmışdır.

Buna baxmayaraq, şirkətin inkişaf tarixində böyük qalmaqala (məsələn, Facebook və ya Apple şirkətlərində olduğu kimi)  hələ ki rast gəlinməyib.

 

 

 

 

 

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here