Əsas səhifə Biznes Biznes məqalələri Müvəffəqiyyətə nail olmağın yolu: uğurlu sahibkarlar üçün 10 dəyərli məsləhət

Müvəffəqiyyətə nail olmağın yolu: uğurlu sahibkarlar üçün 10 dəyərli məsləhət

544
Paylaş

Öz biznesinizin olub-olmadığı heç də əhəmiyyətli deyil, həmişə müvəffəqiyyətə nail olanların təcrübəsindən nələrisə öyrənməyə çalışacaqsınız.

Bu insanlar müvəffəqiyyətə nail ola bildilər və onların hər birinin sizin üçün  faydalı məsləhətləri var. Onlara nəzər yetirək.

   10. Biznesinizə inanın

Hal-hazırda KİV sahəsinin maqnatı Arianna Huffington,2016-cı ildə gözəlliyə və sağlamlığa həsr olunmuş startap – “Thrive Global” təsis etdi.

Huffington hesab edir ki, biznesə 100% inanmaq lazımdır. Əgər uğur qazanacağınızdan əmin  deyilsinizsə, bu işə başlamanız məsləhət deyil. 

Çalışın ətrafınızda olan heç bir kəsə fikir verməyin və öz yolunuz üzrə irəliləməyə davam edin.

   9. Ətrafınızı düzgün seçin

“4-hour Work Week” və “Tools of Titans” bestsellerlərin müəllifi olan Tim Ferriss hesab edir ki, ətrafımızda olan insanlar bizə çox güclü təsir göstərirlər.

O elə hesab edir ki, biz hər an orta hesabla 5 insanın təsir dairəsində oluruq. Bu səbəbdən çalışın ətrafınızı düzgün seçəsiniz, pessimist düşüncəli və ambisiyasız insanlardan uzaq durun.

Ferriss deyir ki, bizim ətrafımız əsas varlığımızdır və bu münasibətlər biznesimizə çox güclü təsir göstərirlər.

Sizə və biznesinizə müsbət təsir göstərə biləcək insanlara yaxın olun.

    8. Addımbaaddım məqsədlərinizə doğru gedin

“Johnson Publishing Company” şirkətinin təsisçisi olan John Johnson, gənc sahibkarlara addımbaaddım məqsədlərinə doğru getməyi tövsiyə edir.

O bilir nə deyir, çünki müvəffəqiyyət yolu heç də asan deyildi.

John hesab edir ki, məqsədlərinizə çatmağa doğru atdığınız kiçik addımlar, daxilinizdə güvənin güclənməsinə və işinizdən zövq almağınıza kömək edəcəklər.

   7. Risk edin

“Microsoft” şirkətinin təsisçisi olan Bill Gates, müvəffəqiyyətə nail olmaq üçün risk etmək lazım olduğunu qeyd edir. O risk etdi və bu, “Microsoft” kimi nəhəng korporasiyanın yaratdı.

Harvard universitetində təhsil almış sahibkar, təhsilini yarıda qoyaraq şirkət təsis etmək qərarına gəldi. Təəccüblü deyil ki, bu insan bizə risk etməyi məsləhət görür.

Risk etmək – komfort zonadan çıxmaq deməkdir. Komfort zonadan çıxandan dərhal sonra, özünə daha çox güvənərək müvəffəqiyyətə nail olacaqsınız.

  6. Daxilən hər bir şeyə hazır olun

Tony Robbins artıq 38 ildir ki, müvəffəqiyyətli sahibkar, bir sıra kitabların müəllifi və xeyriyyəçidir.  O hesab edir ki, sağlam düşüncə sizə müvəffəqiyyətə nail olmağa kömək edəcəkdir.

Tony qeyd edir ki, gənc sahibkarların əsas problemlərindən biri qurduqları biznes-plana kortəbii şəkildə inanmaqdır. Onun fikrincə, biznesin müvəffəqiyyəti 80%-ni psixologiya və cəmi 20%-ni mexanika təşkil edir.

Gənc sahibkarlar risk etməyə hazır olmalıdırlar, çətinliklərlə mübarizə aparmalıdırlar, tənqid və məğlubiyyətlərə qarşı güclü dayanmalıdılar.

  1. Pis fikirləri susdurun

Bizneslə məşğul olduğunuz zaman, diqqətinizi neqativ fikirləriniz üzərində cəmləşdirməyin.

Pis fikirlər sizin inkişafınıza və yeni ideyaların yaranmasına mane ola bilər.

Etdiyiniz hər bir şeyə inanın və neqativ fikirləri, sözləri susdurmağa çalışın.

  4. Nə isə öyrənmək istəyirsinizsə, yeni layihəyə başlayın

Qorxu hissi sizi öz planlarınızdan və biznesinizdən imtina etməyə məcbur edə bilər. Müvəffəqiyyət qazanmış sahibkarlara görə, qorxuya qalib gəlmək üçün hərəkət etmək lazımdır.

Çoxlarımız daha çox informasiya öyrənmək, daha çox təcrübə əldə etmək və pul qazanmağı gözləyirik. Lakin heç bir addım atmasaq, öyrənməsək və cəhd göstərməsək, heç bir müvəffəqiyyətdən söhbət gedə bilməz. Hər şeyin açarı – aktivlikdir.

    3.Özünüz olun

Indra Nooyi – “PepsiCo” şirkətinin keçmiş baş direktoru və bu vəzifəni tutmuş hələ ki yeganə qadındır.

Nooyi hesab edir ki, insan olduğu kimi olmaqdan qorxmalı və ya çəkinməli deyil. İnsan heç vaxt özünü gizlətməməlidir. Əgər özünüzü hiss etdiyiniz kimi olsanız, müştərilərlə qruduğunuz əlaqələri yeni, daha dərin və effektiv bir səviyyəyə çıxarmış olacaqsınız.

  1. İmkanları əldən qaçırmayın

Sheryl Sandberg 2008-ci ildən bəri “Facebook” şirkətinin əməliyyat direktoru vəzifəsində çalışır. O, şirkətin direktorlar şurasına daxil olmuş ilk qadındır.

Öz kitablarında Sheryl çalışqan qadınları ilhamladırır və kişilərin korporativ dünyasında necə hərəkət etmək lazım olmasına dair məsləhətlər verir.

O hesab edir ki, insan hər zaman ambisiyalarla dolu olmalı və heç bir fürsəti əldən qaçırmamalıdır. Özündən əmin olmaq və ya ən az bu hissi yamsılamağı

       1. İdeal olmağa çalışmayın

Sahibkarların çoxu ideal olmağa çalışınca, bir çox vacib imkanları əldən vermiş olurlar.

İdeal olmağa çalışmaq lazım deyil. İzləmək, öyrənmək, yaxşılaşdırmaq vacibdir.

Bəlkə də, sizdən əvvəl bu layihəyə kimsə start vermiş ola bilər, buna görə də başqa insanların təcrübəsindən örnək götürməyiniz məqsədəuyğun olar.