Mütəxəssislər “Google Play”də yeni fırıldaqçı proqram aşkar ediblər

Date:

Paylaş:

Kibertəhlükəsizlik sahəsi üzrə ixtisaslaşmış “CSIS” şirkətinin mütəxəssisləri “Android” sisteminin idarəetməsi altında işləyən smartfonlar üçün təhdid yaradan yeni fırıldaqçı proqram aşkar ediblər.

Ekspertlərin sözlərinə görə, “Google Play” mobil tətbiqlər mağazasında istifadəçilərə smartfon üçün təkmilləşdirmələr adı altında “Updates for Samsung” proqramını yükləmək təklif edilir.

Ancaq proqram quraşdırılandan sonra istifadəçilər “Android” sistemi haqqında müxtəlif məqalə və xəbərlərin yerləşdirildiyi “update.com” saytına daxil olurlar.

Bundan başqa, proqramın bəzi bölmələrində rahat istifadəyə mane olan çoxsaylı reklam elanları yerləşdirilib və 9 dollar qarşılığında reklamı deaktiv etmək təklif edilir. Həmçinin sözügedən proqram 34,9 dollar qarşılığında smartfonun yenilənmələri üçün illik abunə təklif edir. Ancaq xidmət haqqı “GooglePlay” üzərindən edilmir və proqram istifadəçinin kredit kartı haqqında bütün informasiyanı ələ keçirir.

Şirkətin ekspertləri istifadəçiləri diqqətli olmağa çağırırlar, çünki bu proqram 10 milyon dəfədən çox yüklənilib və pulköçürməsi etmiş istifadəçilərin sayı məlum deyil. Mütəxəssislər, həmçinin qeyd ediblər ki, smartfonu yalnız daxili sazlamalar vasitəsilə yeniləmək lazımdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...