Əsas səhifə Biznes sahələri Texnologiya Mütəxəssislər sosial şəbəkə tərəfdaşlarından birinin açıq bazasında milyonlarla Facebook istifadəçisinin girişini...

Mütəxəssislər sosial şəbəkə tərəfdaşlarından birinin açıq bazasında milyonlarla Facebook istifadəçisinin girişini tapıblar

195
Paylaş

Orada hesabların nömrələri, rəylər və istifadəçilərin şərhləri saxlanırdı.

Şirkətin UpGuard kibertəhlükəsizlik sferasından olan araşdırmaçıları Amazon serverlərində açıq məlumatlar bazası tapıblar və burada 540 milyon Facebook istıfadəçisi girişi olub. Bu haqda “Bloomberg” yazır.

Məlumatları Meksikanın sosial şəbəkələr üçün material hazırlayan Cultura Colectiva mediaşirkəti yığıb. Bazada istifadəçilərin identifikləşdirilmiş nömrələri, onların rəyləri, şərhləri və hesabların adları saxlanırdı.

“Bloomberg”-in jurnalistləri Amazonla əlaqə qurduqdan sonra baza bağlanıb. Həmçinin UpGuard da işləməyən, adlarla dolu olan At the Pool tətbiqini, poçt ünvanlarını və 22 min istifadəçi parolu tapıb– onun ictimaiyyətə nə qədər açıq qalması məlum olmayıb, belə ki, ora giriş , məlumatlar kütləsi aşkara çıxdıqdan sonra bağlanıb.

Facebook bir neçə il ərzində tərəfdaşlarına istifadəçilərin məlumatlarına daxil olmağa imkan yaradıb və Cambridge Analytica araşdırma şirkətinin topladığı məlumat sızması  qalmaqalından sonra əməkdaşlıq qaydalarını sərtləşdirməyə başlayıb.