Əsas səhifə Biznes Mustafa Sandalın yaratdığı və yatırım etdiyi startuplar

Mustafa Sandalın yaratdığı və yatırım etdiyi startuplar

1841
Paylaş

Türkiyədə keçirilən Webrazzi Summitində məşhur müğənni Mustafa Sandal etdiyi yatırımlardan danışıb.

“Yaxşı iş fikrinə gözəl musiqi bəstəsi tapmaq kimi yanaşıram”

Jestiniyap tətbiqi ilə startup dünyasına girən Sandalın yatırım etdiyi digər tətbiq Ringparadır. Vestelin də 25 faizinə ortaq olduğu tətbiq may ayında istifadəyə veriləcək.

Mustafa Sandal hazırda gənclər üçün xərclərin idarə edilməsi platformu olan Manibux üzərində çalışır. Oğlu Yamanla birlikdə tətbiqi test edən Sandal Manibux üçün musiqi də bəstələdiyini söyləyib.

Müğənninin digər layihəsi isə Miydi adlı mobil tətbiqdir. Miydi uşaqlar üçün nəzərdə tutulan mobil oyundur.

Mələk investor olmaq üçün ilk öncə ruhun olmalıdır söyləyən müğənni startup dünyasında fərqlilik etmək istədiyini bu sektora vaxtında girdiyini bildirib. Nəzərinizə çatdıraq ki, Sandal 2016-cı ildə 8 təşəbbüskara investisiya edib.

Türk məşhurları nəyə yatırım edirlər?