Müsahibə zamanı ən çox soruşulan suallar hansılardır?
1. Mənə özünüz haqqında danışın.
Müsahibələrdə ən çox soruşulan sual – Sizin beyninizdə hazırladığınız qısa ifadələr olmalıdır. Diqqətli olun ki, bu təkrar olamasın. Təlimat verilmədikcə, işlə əlaqəli məlumatlar verməyin. Etdiyiniz digər və müsahibədə olduğunuz vəzifə ilə əlaqədar etdiyiniz işlər haqqında danışın . Uzaq keçmişdəki işlər ilə başlayın və indiyə qədər davam etdirin.
2. Sonuncu işinizi nə üçün tərk etmisiniz ?
Vəziyyətdən asılı olmayaraq pozitiv olmağa çalışın. Heç vaxt idarəçilikdəki əsas problemlər haqqında bəhs etməyin və heç vaxt müdirlərin və həmkarların və ya təşkilatın pisliyi haqqında danışmayın. Əks halda siz pis fikir yarada bilərsiniz. Gülümsəyin və işinizi müsbət səbəblərə – imkanlar, xüsusi iş görmək şansı və başqa meyillərə görə tərk etdiyinizi bildirin.
3. Bu sahədə sizin hansı təcrübələriniz var?
Müraciət etdiyiniz vəzifə ilə əlaqəli olan xüsusiyyətlərinizdən bəhs edin. Əgər belə xüsusiyyətləriniz yoxdursa, bunu qeyd edin.
4. Siz özünüzü uğurlu hesab edirsiniz?
Siz hər zaman “bəli” cavabını verməli və bunu qısa şəkildə izah etməlisiniz. Bir sıra məqsədlərinizin olduğunu və onlardan bəzilərinə nail olduğunuzu, bəzilərinə isə nail olmaq üçün çalışdığınızı söyləsəniz, fikrinizi yaxşı izah etmiş olarsınız.
5. Həmkarlarınız sizin haqqınızda nə söyləyirlər?
Həmkarlarınızdan bir və ya iki sitat hazırlamış olun. Həm xüsusi sitat, həm də şərh ola bilər. Jill Clark, Smith şirkətindəki həmkarım həmişə deyirki mən həyatında gördüyü ən çalışqan işçiyəm. Bu sözlər Jillin müsahibədə özünün söyləməyi qədər təsirlidir.
6. Siz bu şirkət haqqında nə bilirsiniz?
Bu sual müsahibədən əvvəl bəzi araşdırmalar üçün bir səbəbdir. Şirkətin necə yarandığını və məqsədlərinin nə olduğunu öyrənin. Həmçinin şirkətin hal-hazırda etdiyi işlər və əsas işçiləri haqqında məlumat toplayın.
7. Siz keçən il biliyinizi inkişaf etdirmək üçün nə etmisiz ?
İşlə əlaqəli etdiyiniz özünü inkişaf fəaliyyətlərinizi qeyd edin. İştirak etdiyiniz çox sayda və müxtəlif tipli fəaliyyətlər müsbət inkişaf kimi qeyd edilə bilər. Dərhal qeyd edə biləcəyiniz bir neçə fəaliyyətləriniz olmalıdır.
8. Siz digər işlərə müraciət edirsinizmi?
Dürüst olun, amma bu mövzuda çox vaxt sərf etməyin. Əsasən bu sahədə və şirkətdə etmək istədiklərinizi diqqət mərkəzində saxlayın. Etdiyiniz hər hansı bir əlavə fikiri yayındıra bilər.
9. Siz nə üçün bu təşkilatda çalışmaq istəyirsiniz ?
Burda bəzi fikirlər deyə bilərsiniz və hökmən şirkət haqqında etdiyiniz araşdırmalara əsaslanmalısınız. Səmimiyyət son dərəcə vacibdir və asanlıqla hiss edilə bilər. Burda işləmək səbələrinizi uzun müddətli karyera məqsədlərinizlə əsaslandırın.
10. Siz bizimlə işləyən birini tanıyırsınızmı ?
Şirkətin qohumalar ilə əlaqədar olan siyasətindən xəbərdar olun. Hətta qohumlar deyil, dostlar haqqında soruşulanlar sizin cavabınıza təsir edəcəkdir . Əgər haqqında yaxşı düşünülən biridirsə, yalnız dostunuzu qeyd etməkdə diqqətli olun.
11. Nə qədər əmək haqqı istəyirsiniz?
Çaşdırıcı sualdır. Birinci cavab verəcəyiniz təqdirdə məğlub olacağınız kiçik, pis bir oyundur . Ona görə bunu cavablandırmayın. Bu sərt (çətin) sualdır. Əksər hallarda müsahibə edən şəxs sizdən “Siz mənə bu vəzifə üçün aralıq söyləyə bilərsiniz?“ sualını soruşacaq. Əks halda bunun işin detallarından asılı olduğunu söyləyin. Sonra isə geniş bir aralıq verə bilərsiniz.
12. Siz komandada işləməyi bacarırsınız?
Siz əlbəttə ki, komandada işləməyi bacarırsınız. Əmin olun ki, bu haqda misal göstərməyə hazırsınız. Yalnız çalışmanız ilə müqayisədə komandada daha yaxşı işlədiyinizi göstərən xüsusiyyətlər sizin komandada rəftarınızı göstərən yaxşı bir sübütdur . Lovğalanmayın, sadəcə həqiqi bir tonda danışın. Bu əsas məqamdır.
13. İşə qəbul olacağınız təqdirdə hansı müddətdə bizim üçün çalışmağı düşünürsünüz ?
Spesifik xüsusiyyətləri qeyd etməyin. Belə bir şey söyləmək daha yaxşı olar: Mən burada uzun müddət qalmaq istəyərəm. Və ya bu, hər iki tərəfin mənim yaxşı iş bacaracağımdan əmin olduğu müddətdə davam edə bilər.
14. Nə vaxtsa kimisə işdən qovmağa məcbur olmusunuz? Bu barədə nə hiss etmişdiniz?
Bu ciddi bir məsələdir. Önəm vermədiyiniz və ya insanları işdən çıxartmaq istədiyiniz kimi görüntü yaratmayın. Eyni zamanda, bu işi yalnız doğru olduğu halda və əlbəttə təşkilata qarşı kimsə tərəfindən zərər vurularsa, təşkilatı müdafiə edəcəyinizi söyləyin. Unutmayın ki, işdən çıxarılma, müvəqqəti olaraq işdən uzaqlaşdırma və ya vəzifənin azaldılması ilə eyni deyil.
15. Sizin işləməyə qarşı fəlsəfəniz nədir?
Müsahibə alan şəxs burada uzun və ya bəzəkli bir dissertasiya axtarmır. Sizin işin gedişatı ilə bağlı ciddi fikirləriniz var? Bəli. Bu halda bellə tipli cavab ən yaxşı cavabdır. Qısa və müsbət, şirkətə müsbət fayda verən cavablar uğurlu olacaqdır.
16. Əgər sizin işdən çıxmaq üçün yetərincə pulunuz varsa, işdən çıxarsızmı?
Əgər çıxacaqsızsa, bəli cavabın verin. Lakin siz işləməyə ehtiyacınız olandan bəri bu sizin üstünlük verdiyiniz iş növüdür. Bəli deməyin, əgər siz bunu nəzərdə tutmursuzsa.
17. Siz nə vaxtsa mövqeyinizi tərk etmək üçün müraciət etmisizmi?
Əgər etməmisizsə, xeyr deyin. Əgər etmisizsə, düzgün olun, şirkət və insanlar haqda mənfi fikirlər deməkdən çəkinin.
18. Sizin bu təşkilata nə kimi faydanızın olacağını izah edin.
Siz bu suala görə narahat olacaqsınız. Bu sizə müzakirə edilən mövqe ilə əlaqədar sizin ən yaxşı xüsusiyyətlərinizi ön plana çəkməyə şans verəcəkdir.
19. Nə üçün biz sizi işə götürməliyik?
Təşkilatın ehtiyaclarını sizin müsbət keyfiyyətlərinizin necə qarşılayacağınızı göstərin. Hansısa başqa namizədlərin müqayisəsini xatırlatmayın.
20. Mənə etdiyiniz təklif haqqinda məlumat verin.
Yaxşı hazırlaşmış fikri deyin. Əmin olduğunuz və qəbul edilmiş, sonra uğurlu hesab edilmiş təklifi istifadə edin. İşin növü ilə əlaqəli olan təklif daha müsbət qarşılanır.
21. Sizi əməkdaşlarda nə qıcıqlandırır?
Bu tələ sualıdır. Bu həqiqətən çətindir, lakin sini heç nəyin qıcıqlandırmadığını demək uğursuzdur. Sizin digər adamlarla yola getdiyini göstərən qısa bildirişlər daha yaxşıdır.
22. Sizin ən böyük gücünüz nədir?
Çoxsaylı cavablar yaxşıdır, sadəcə pozitiv qalın. Bir sira uğurlu misallar: prioritetlərə görə düzmək bacarığı, problem həll etmə qabilliyətləri, təyziq altında işləmə bacarığı, lahiyəyə foks olma bacarığı, peşəkar ekspertiza, liderlik bacarığı, pozitiv münasibət.
23. Mənə xəyal etdiyiniz iş haqqinda danışın.
Xüsusi iş növü adı çəkməkdən yayının. Əks təqdirdə uğur qazana bilmərsiniz. Əgər iddia etdiyiniz işin bu olduğun söyləsəniz Siz etibarınızı artıracaqsız. Əgər siz bunun başqa bir iş olduğunu söyləsəniz, siz şüphə yaradacaqsiz ki, bu işə qəbul olduğunuz halda işinizdən zövq almayacaqsız. Ən yaxşısı ümümi qalmaqdır və bu kimi fikirlər söyləməkdir.
24. Nə üçün bu işdə uğurlu olacağınızı fikirləşirsiniz?
Bir neçə səbəb gətirin və bacarıqlarınızı, maraqlarınızı, təcrübənizi əlavə edin.
25. Siz işdə nə axtarırsız?
23-cü sualin cavabina baxın.
26. Hansı növ insanlarla birlikdə işləməkdən imtina edərdiniz?
Bayağı olmayın. Bu şirkəti qeyri-loyallığa aparacaqdır, zorakılıq və qanun pozuntusu sizi obyekt kimi göstərəcəkdir. Xırda etiraz sizi daim sızlayan kimi göstərəcək.
27. Sizin üçün daha vacib hansıdır: pul yoxsa iş?
Pul hər zaman vacibdir, lakin iş ən vacibdir. Bundan yaxşı cavab yoxdur.
28. Sizin evvəlki müdiriniz sizin güclü cəhətləriniz haqqinda nə deyər?
Burada çoxsaylı yaxşı imkanlar mövcuddur: sadiqlik, enerji, müsbət münasibət, liderlik, komanda üzvü, ekspertiza, təşəbbüs göstərmə,səbirlilik, işgüzarlıq, yaradıcı, problem həll etmə.
29. Sizin müdiriniz ilə olan problemlər haqqında danışın.
Bu ən böyük tələdir. Bu sizin müdiriniz haqqında pis danışacağınızı yoxlamaq üçündür. Siz müsahibəni elə ordaca keçməyə bilərsiniz, əgər burada səhv etsəniz və keçmiş müdirinizlə aranizda olan problemlər haqqında danışsanız. Pozitiv qalın və müdirinizlə aranizda olan hər hansı bir mənfl hadisənin yadınıza düşmədiyini deyin.
30. Sizi işiniz haqqında nə məyus edib?
Neqativə və bayağıya getməyin. Təhlükəsiz sahələr azdır, lakin daxil etmək olar: iddianın kifayət qədər olmaması.
31. Təyziq altında işləmək bacarığınız haqqında məlumat verin.
Müəyyən növ təyziqlər altında inkişaf etdiyinizi deyə bilərsiniz. Müraciət etdiyiniz mövqeyə uyğun misallar gətirin.
32. Sizin qabiliyyətləriniz daha çox bu işə uyğundur yoxsa digər işə daha yaxındır?
Güman ki, bu işə. Sizin digər işi bu işdən daha çox istədiyiniz haqqında şübhə üçün zəmin yaratmayın.
33. Sizi işdə ən yaxşısını etmək üçün nə motivasiya edir?
Siz ancaq bunun şəxsi xüsusiyyət olduğun deyə bilərsiniz, lakin yaxşı misallar: iddia, nailiyyət, tanınma.
34. Siz elavə iş saatlarında işləməyə hazırsınız? Gecələr? Həftə sonları?
Cavab sizdən asılıdır. Tamamilə səmimi olun.
35. Bu işdə uğurlu olacağınızı niyə düşünürsünüz?
Bu suala bir neçə yolla düzgün cavab vermək olar: Öz yüksək keyfiyyətlərinizi ortaya qoyun və onlarla tanış edin. Sizin nəticələr uğurludur. Sizin müdiriniz sizin uğurlu insan olduğunuzu söyləyir.
36. Əgər lazım gələrsə, yer dəyişikliyinə razı olarsınız?
Əgər bu iş nadir ələ düşənlərdəndirsə, o zaman müsahibədən əvvəl bu barədə ailənizlə danışmalısınız. Ancaq həqiqi cavabınız “yox” dursa, sadəcə işi əldə etmək üçün “bəli” deməyin. Bu daha sonra sizin kariyeranızda çoxlu problemlər yarada bilər. Bu nöqtədə vicdanlı olun və özünüzü gələcək qismətiniz üçün qoruyun.
37. Şirkətin maraqlarını öz şəxsi maraqlarınızdan önə keşirməyə hazırsınız?
Bu tamamilə sədaqət və ithaf sualıdır. Bu sualın dərin etik və fəlsəfi təsirləri haqqında narahat olmayın. Sadəcə “bəli” deyin.
38. Öz idarəetmə üslubunuzu təsvir edin.
Etiketlərdən uzaq durmağa çalışın. Mütərəqqici, satıcı və ya satış təmsilçisi kimi daha ümumi olan etiketlərin sizin dinlədiyiniz idarə ekspertinə görə bir neçə mənası və təsviri ola biler. Bu situasiya üslubu təhlükəsizdir, çünki bu o deməkdir ki, sizin hər birinə yaraşan bir üslub əvəzinə situasiyadan asılı olaraq idarəetmə stiliniz vardır.
39. İşdəki səhvlərdən nələr öyrənirsən?
Burada güvənilirliyi təhlükəyə atmayacaq öyrəndiyiniz bir şeyi deməlisiniz. Pozitiv nəticə çıxarılmış xoşniyyətli səhvli hadisəni qisa şəkildə nəql edin. Məsələn, ortaq proyektdə əməkdaşlarınızdan çox uzaqda işləyərək koordinasiyanı itirməyinizi kimi.
40. Sizin hansısa bir qara nöqtəniz (zəiflikləriniz) varmı?
Hiyləli sualdır. Əgər öz zəifliklərinizi bilirsinizsə, onları yox etməyə çalışın. Müsahibə zamanı bu zəifliklərinizin aşkar olacağından narahat olmayın. Qoy onlar özləri sizin zəifliklərinizi aşkar etsinlər. Onların əlinə özünüz verməyin.
41. Əgər siz bu iş üçün seçilsəniz, nələr gözləyəcəksiniz?
Gözlənti və istəklərinizin onlarda olmasından əmin olduqdan sonra cavab verin.
42. Sizin keyfiyyətlərinizin bu iş üçün artıq olduğunu düşünürsünüzmü?
Keyfiyyətlərinizin nə olmasından asılı olmayaraq bu iş üçün çox yaxşı keyfiyyətdə olduğunuzu bildirin.
43. Təcrübənizin olmamasını necə kompensasiya etməyi təklif edirsiniz?
Birincisi, əgər sizin müsahibə götürənin bilmədiyi təcrübəniz varsa, bunu göz önünə gətirin. Sonra isə öz çox çalışqan və tez öyrənmə xüsusiyyətlərinizi bildirin (əgər bu doğrudursa).
44. Şirkət sahibində hansı keyfiyyətləri axtarırsınız?
Cinsi ayrı-seçkiliyə yol verməyin və pozitiv olun. Təhlükəsizlik keyfiyyətləri, yumor hissi, ədalətli olmaq, öz işçilərinə qarşı sadiqlik və yüksək standarların qorunması misal ola bilər. Çünki bütün şirkət sahibləri bu keyfiyyətlərə malik olduqlarını düşünürlər.
45. Digərləri arasında olan münaqişəni həll etdiyiniz anlar haqqında danışın.
Xüsusi hadisə seçin. Öz problem həll etmə üsullarınıza yoğunlaşın və öz münaqişələriniz haqqında danışmayın.
46. Hansısa bir layihənin icrasında komanda işində hansı mövqedə olmağa üstünlük verirsiniz?
Səmimi olun. Əgər müxtəlif rollarda özünüzü rahat hiss edirsinizsə bunu qeyd edin.
47. Öz iş etikanızı təsvir edin.
Şirkətə faydaları vurğulayın. İşi başa vurmaq, çox çalışmaq, işinizdən zövq almaq yaxşı ola bilər.
48. Sizin üçün professional həyatınızda ən böyük məyusluq nə olmuşdur?
Əmin olun ki, siz nəzarətinizdən kənarda olan bir şeyə müraciət edirsiniz. Öz hörmətinizi göstərin və heç bir mənfi hisslər bildirməyin.
49. Mənə işinizdəki ən çox əyləndiyiniz anlar barəsində danışın.
Şirkət üçün həyata keçirdiyiniz işlər zamanı əyləndiyinizdən danışın.
50. Mənə hansısa sualınız var mı?
Müsahibədən əvvəl hər zaman bəzi suallar hazırlayın. Nə qədər vaxtdan sonra mən şirkət üçün məhsuldar ola biləcəm? Nə cür layihələrdə köməklik edə biləcəm? kimi suallar misal ola bilər.