Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Mühacirlər üçün Homeis sosial şəbəkəsi 12 milyon dollar cəlb edib

Mühacirlər üçün Homeis sosial şəbəkəsi 12 milyon dollar cəlb edib

74
Paylaş

İsrailin Homeis startapı 4 milyon dollarlıq raunddan sonra  daha 12 milyon dollar cəlb edib. Homeis ayrı-ayrı ölkələrdən olan qrupları bir sosial şəbəkədə  birləşdirməyə yönəlib.

Oath production-şirkətinin keçmiş prezidenti Ren Jarnevo və AOL Israel-in keçmiş baş direktrou Hanan Laschover 2017-ci ildə Homeis-i qurublar və onu əcnəbi vətəndaşlar və qəriblər üçün “mədəni şəbəkə” kimi adlandırıblar. A raunduna Canaan və Spark Capital vençur firmaları başçılıq ediblər.

Şirkətin baş direktoru Ren Jarnevo Venture Beat-a bildirib ki, maliyyələşmə Homeis-in auditoriyasının ABŞ-dakı Latın Amerikası cəmiyyətindən başlamaqla dünya üzrə 250 milyon nəfərə çatdırılmasına imkan verir. Hal-hazırda sosial şəbəkədən Hindistan, İsrail, Fransa və digər yerlərdən olanlar istifadə edirlər. “ Bizim missiyamız mühacirlərin  hüquq və imkanlarının genişləndirilməsidir və biz bunu aktual həm də vacib bir ünsür hesab edirik” – deyə, Jarnevo bildirb.

Homeisi quraşdıran istifadəçi iki suala cavab verməlidir : harda doğulub və indi harda yaşayır. Bundan sonra o, sosial şəbəkəyə və xidmətlərə giriş əldə edir. Bununla da görüşlər təşkil etmək, əlaqələr qurmaq, həkim qəbuluna yazılmaq, hüquqşünasdan məsləhət almaq və s. imkanlar qazanır. Tətbiq həmçinin bürokratiya ilə mübarizə aparmağa da kömək edir: bank hesabı açmaq, viza bildirişini doldurmaq və ya ilk dəfə vergi ödəmək. Homeisdən satışlar və ya məhsul mübadiləsi üçün platforma kimi də istifadə etmək olar.

Abstract VC, Chernin Group, Samsung Next və bir sıra digər şirkətlər də Homeis-in səhmdarları sırasında olublar.