Kickstarter platformasında elektron avadanlıqlı balaca kağız təyyarənin hazırlanmasına bir milyon dollardan çox vəsait yığılıb. Cihazın özəlliyi onun smartfon vasitəsilə idarə edilməsindən ibarətdir. O, Power 4.0 adlanır.
Qeyd edək ki, bu, proqramçının artıq kağız təyyarələrinin dördüncü nəslidir. Əvvəlki nəsillərdən fərqli olaraq bu yenisində mühərrikin gücü iki dəfə çoxdur. O, iki hava pəri və ötürücü ilə təchiz olunub.
Motoru, qalın kağızdan hazırlanmış istənilən kiçik təyyarəyə yerləşdirmək olar. Cihaz uçuş üçün ən yaxşı konstruksiyalı təyyarənin yaradılması üzrə təlimatlarla müşayiət olunur.
Mühərriki Bluetooth texnologiyalarının köməyi ilə smartfon vasitəsilə idarə olunur. Cihazın sahibi uçuşun sürətini və hərəkət istiqamətini tənzimləyə bilər. Power 4.0-ün maksimal sürəti 40 km/s-dır.
Batareyası 25 dəqiqəyə tam dolur. Amma enerjisi 10 dəqiqə bəs edir.
İstifadəçilər artıq kağız “təyyarəcik” üçün öncədən mühərrik sifariş edə bilərlər.Cihazın qiyməti isə 49 dollardır. İlk nümunələr gələn ilin aprelində alıcılara təqdim olunacaq.