“Mühəndislər üçün Biznes təhsili” layihəsinin növbəti kursu başa çatıb

Date:

Paylaş:

Bakı Ali Neft Məktəbi (BANM) və BP şirkətinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gələn, artıq 3-cü dəfədir ki, həyata keçirilən “Mühəndislər üçün Biznes təhsili” layihəsinin növbəti kursu başa çatıb.

Tədbirdə Ali Məktəbin rəhbərliyi, professor-müəllim və inzibati heyəti, tələbələr, BP-nin məsul şəxsləri iştirak ediblər. Həmçinin tədbirin mükafatlandırma mərasimindən əvvəl BP-nin Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli regionda geopolitika mövzusunda təqdimat edib, BANM-ın 2018-ci il məzunu və hazırda Baker Hughes, a GE şirkətinin Azərbaycanda aparıcı sahə mühəndisi Emiliya Məmmədova isə tələbələrə master-klass keçib.

“Mühəndislər üçün Biznes təhsili” layihəsi mühəndis ixtisası üzrə təhsil alan 5-ci kurs tələbələri üçün keçirilib və BANM-dakı təhsil müddətində mühəndislik üzrə yüksək səviyyəli bilik və tətbiqi səriştəliklərə yiyələnmiş tələbələrə həm yeni proqram çərçivəsində, həm də menecment və biznes sahəsində geniş bilgilər verilib. Proqram məzunların müasir biznes mühitinə daha effektli inteqrə olunması üçün şərait yaradıb.

BANM-in rektoru Elmar Qasımov çıxışı zamanı qeyd edib ki, “Mühəndislər üçün biznes təhsili” layihəsinin həyata keçirilməsində əsas məqsəd gənc mühəndislərə ümumi biznes biliklərini, baza prinsipləri, liderlik keyfiyyətləri, layihələrin idarə edilməsi və bir sıra digər istiqamətdə biznes səriştə və biliklər haqqında modullar keçirilərək savadlı, intellektual kadrlara sahib olmaqdır.

Daha sonra BANM-in rektoru Elmar Qasımov Ali Məktəbin məzunu olmağa hazırlaşan 5-ci kurs tələbələrilə görüşüb, onları “Mühəndislər üçün biznes təhsili” kursunu uğurla başa vurduqları üçün təbrik edərək BP və BANM-ın birgə sertifikatı ilə təltif edib. Tədbirin sonunda xatirə şəkli çəkilib.

Qeyd edək ki, 2 ay müddətində davam edən proqramın tədris edilməsi üçün müxtəlif şirkətlərdə çalışan təcrübəli ekspertlər cəlb olunub. Layihə çərçivəsində tələbələrə “Təqdimat və kommunikasiya bacarığı”, “Layihələrin idarə edilməsi”, “Vaxtın idarə edilməsi və effektivlilik”, “Liderlik”, “Risklərin idarə edilməsi”, “Maliyyənin əsasları: Büdcə və xərclərə nəzarət”, “İnsan resurslarının idarə olunması” kimi modullar keçirilib.

Layihədə BANM, ADNSU, UFAZ, BMU, ADA, AzMİU və Xəzər universitetlərindən xüsusi seçim prosesindən keçən 110-dan çox tələbə iştirak edib.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...