ABŞ-ın sağlamlığın qorunması üzrə Milli İnstitutunun qiymətləndirməsinə görə, bakteriya viruslarının 80%-ə qədərini bakterial bioörtük olan fenotip yaradır. Bu bioörtüklər, bakterial hüceyrələrin xüsusən də yara və imlpant olunan tibbi cihazların ətrafında selikli maddə yaradaraq bir-birinə yapışması zamanı əmələ gəlirlər. Nəzərə alsaq ki, bakteriyalar antibiotiklərə qarşı davamlıdırlar, bakterial bioörtüyü məhv etmək çox çətindir.
Araşdırmaçılar belə hesab ediblər ki, bakterial bioörtüyə elektrikin köməyi ilə qalib gələ bilərlər – zəif sahə bakteriaların birləşməsinə mane olur və bioörtüyü dağıda bilir, əgər o yarada artıq mövcuddursa.
Onların işləyib hazırladığı bu cihaz simsiz elektroizolyasiya sarğısı (WED) adını alıb. Araşdırmaçılar qeyb ediblərki, onun yaratdığı elektromaqnit sahəsi xəstə üçün ziyansızdır – bu, cihazların təsdiqlənməsi üzrə ABŞ-ın qida və dərman məhsullarının keyfiyyətinə sanitar nəzarət İdarəsinin (FDA) qərarını təsdiqləyir.