Əsas səhifə Biznes Biznes məqalələri “Mühəndis qadın” sözü olmasın

“Mühəndis qadın” sözü olmasın

309

Statistikaya əsasən məktəb və universitetdə qadınların akademik göstəricilə kişilərlə müqayisədə daha yüksəkdir. Eyni zamanda karyera pillələrinin başlanğıcında da xanımların aktivliyi nəzərə çarpacaq dərəcədə çoxdur. Ancaq statistika yüksək vəzifə postlarını tutanların 94% -nin hələdə kişilər olduğunu təsdiqləyib.

Eyni zamada, informasiya texnologiyası (İT) sahəsində sözünü demiş mütəxəssislərin sayına nəzər salsaq, faiz nisbətinin kəskin fərqləndiyini görürük. Hansı ki, İT sahəsində iş ehtiyacları həmişə mütəxəssis sayından çox olub. Bir az hərəkətlə yaxşı əmək haqqı və dünya bazarında iş tapmaq imkanı var.

O zaman bu nəticəyə gəlmək olur ki, karyera pillələrini ilə irəlilədikdə biz qadınlarla nə isə baş verir və yaxud biz nəyisə səhv edirik?
10 ildən çoxdur bu sahədə topladığım təcrübəni öz yanlış və doğrularımla birlikdə sizinlə bölüşmək istəyirəm.

1. Peşə seçməzdən əvvəl Özünüzü tanıyın

İxtisas və peşə seçiminə öz bilik, bacarıq və həvəsimizi nəzərə almaqla başlamaq bizi uğura aparan ən başlıca mayakdır.
Çünki çayın axınına qarşı üzmək gec və ya tez insanı bezdirir. Nə olur olsun iş olsun, hansı ixtisas olur olsun universitetə daxil olum məntiqi bizi qocalana yaxın yarı yolda qoya bilər.
Azad rəqabətdə öz yerimizi tutmaq istəyiriksə Bilik+Bacarıq+Güclü həvəs cütlüyümüzü yaxşı tanımaqda fayda var.

Bilik dedikdə, söhbət riyazi analiz və diferensial tənlik dərslərindən 5 almaq deyil, riyazi və məntiqi təfəkkürün rol oynadığını nəzərə almağınızdan gedir. Eyni zamanda ingilis dilini texniki səviyyədə səlis bilməyiniz əsasdır. Writing, spreaking və s. nəzərdə tutmuram, ancaq mütləq olaraq texniki dildə oxuyub başa düşməlisiniz.
Bacarıq dedikdə, “sürətli və özümüzün öyrənə bilmək” qabilyyətimiz bu sahəyə uyğunlaşmağımızda kömək edəcək. İT sahəsi sürətlə inkişaf edir deyə, ola bilər siz android developer olmaq üçün 6 aylıq Java kursuna yazılmısınız. 6 ayın sonunda kursu yekunlaşdırda artıq yeni dilin msələnən Kotlin dili haqqında danışıldığını görəsiniz. Qorxulu bir şey yoxdur. Ancaq sahənin tempinə alışmaq üçün sürətli və necə deyərlər öz başınıza öyrənə bilmək bacarığınız olmasında fayda var.
Hə birdə yaxşıca həvəs, ingilislər demişkən Passion.

Bu cütlüyün aşağı yuxarı 60% sizdə varsa yola davam edək

2. Kiçik bir sahə üzrə İxtisaslaşın
İndi bütün dünyada yaxşı ixtisaslaşmış mütəxəssis onu idarə edən rəhbər işçidən daha çox maaş alır.

İxtisaslaşma həyatın ən ümdə və ali qanunlarındandır. Həyat özü bu şəkildə meydana gəlib, hər bir bitki və ya heyvan növü xüsusi sahəsi olaraq inkişaf ediblər. Fərd üçün çox şeyi natamam bilməkdənsə az miqdarda və həcmdə mövzunu yüksək səviyyədə bilmək daha faydalıdır.
Komputer elektronika üzərində ixtilaşma nəticəsində yaranıb. Notebooklar personal kamputerlərin daha dərindən ixtisaslaşması nəticəsində yaranıb.
Öz sahənizi tapın. Bu sizin çox vaxtınızı ala bilər, amma yüksək səviyyəli qazanclara gediləcək yeganə yolunuzdur.

3. Özünüzə inanın və uğurlarınıza qarşı təvazökar olmayın.
“yalançı sindromu” deyilən sindrom var. Belə ki, bu sindromdan əziyyət keçən insanlar qazandıqları uğurlara görə onları tərifləyəndə özlərini yalançı kimi hiss edirlər. Onlar öz uğurlarına görə özlərinə inanmaq əvəzinə belə hesab edirlər ki, tərifə layiq deyillər. Özlərini müqəssir kimi hiss edir və düşünürlər k, nə zamansa ifşa olunacaqlar. Əslində bacarıq və isdedadları üzdə görünən kimi deyil. Nə vaxstsa bunun üstü açılacaq və bütün yalanları üzrə çıxacaqdır.

Yalançı sindromu
Yalançı sindromu

Bu fonemen üstünlüyü də var əslində, belə ki, insanı ifrat xudbinlikdən uzaqlaşdırır.
Maraqlı fakt budur ki, alimlər bu sindromdan kişilərin bəzilərinin, qadınların isə əksəriyyətinin əziyyət çəkdiyini sübut edib. Bəli, bəli kişilərin bəziləri, qadınların isə əksəriyyəti :).

Yəqin ki əksəriyyətimiz, universitet və məktəb həyatımızda 1 həftə dayanmadan imtahana hazırlaşan qızın filan mövzunu oxumamışam, filan mövzu yadımda qalmır deyərək həyacanlandığı halda, 2 saat imtahana hazırlaşıb özündən əmin olaraq imtahana girən oğlanla eyni qiymət hətta daha aşağı qiymət aldığını müşahidə etmisiniz :).
Qızlar əksərən karyera həyatlarında eyni yanaşmanı edirlər. Karyarda irəliləmək şansları yarandıqda düşünürər ki, yox eyy sertifikat alım, filan dili öyrənmişəm, qoy o birinidə öyrənim, qoy MBA-da oxuyum sonra müraciət edərəm və s. əsaslarla hələ bir işə hazır olmadıqlarını bildirirlər.

Əziz xanımlar texnologiyanın sürəti bizim öyrənmək qabiliyyətimizin sürətindən daha hərəkətlidir. Ona görə hər şeyi öyrənəcəyimiz günü gözləməyin.
Xarakterinizə zidd olsa belə hərəkətə keçin, cəht edin, risk edin, əlinizi qaldırın.

4. Texnologiya aləmində hansı yeni və prespektivli sahələr olduğunu araşdırın.
* Biznes analist (business analyst specialist)
* İT üzrə təhlükəsizlik mütəxəssisi (information technology secury spesialist)
* İT üzrə Layihə Rəhbəri (information technology project managment) və agile project managment
* Data analist (data analyst specialist)
* Mobil proqramçı (iOS və Android develop) və s. təlabat olan səhələr var.
Qeyd etdiklərim İT sahəsində olan ixtisasların 10 faizdən az olan sayıdır. Bu sahələrə öz iş təcrübəmdə təlabat olduğunu bilirəm. İxtisaslar çoxdur. Araşdırmaqda fayda var.

5. Çalışın Güzəşt”lərdən süni istifadə etməyin.
* Bu sahədə qızların azlığı daha asan rəqabət şansı və seçilmək imkanı yaradır – bundan süni istifadə etməyin.
* Qadın olduğunuz üçün sizə daha həvəslə kömək edirlər – Əksərən sosial şəbəkələrdə bu fərq hiss olunur. Məsələn bir xanım “SQL-də select * from sonra nə yazım” sualı ilə kömək istəsə, təxminən 15 nəfər şərh yazacaq, 10 nəfərdə inbox-da kömək təklif edəcək. Ancaq eyni sualı oğlan verərsə böyük ehtimal 1 nəfər cavab yazacaq, oda link atacaq ki, burda var, niyə burdan oxumursan ki sual verirsən?

Mən paylaşmağa və kömək istəməyə qarşı deyiləm. Yardım istəmək zəiflik əlaməti deyil, bu irəliyə doğru yolu tapmağın ilk addımıdır. Ancaq uzun müddətli inkişafda bunun bir işə yaramayacağını düşünürəm.
Eyni zamanda bu yanaşma bizə yenidən asılı olmağı öyrədəcək.

Heç vaxt “A şirkətə kişi direktor təyin edildi” başlıqlı məqalə görməmişəm :). Sayımızın azlığı qadın sözünün PR da istifadə edilməsinə şərait yaradır.

“Mühəndis qadın” sözünə ehtiyac olmadan, hə birinizin yüksək ixtisaslı mühəndis olması diləyi ilə.

Sevinc İsrafilova

Rəy bildir

Please enter your comment!
Please enter your name here