Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər “Müflisləşmə və iflas haqqında” fərmana dəyişiklik edildi

“Müflisləşmə və iflas haqqında” fərmana dəyişiklik edildi

633
Paylaş
İlham Əliyev
İlham Əliyev

“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 23 iyun tarixli 604 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti fərman imzalayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1087-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 23 iyun tarixli 604 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 461; 2001, № 10, maddə 640; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610) 2-ci hissəsinin ikinci abzasında “və 41-ci maddəsinin 12-ci bəndində” sözləri “, 41-ci maddəsinin 12-ci bəndində və 41-1-ci maddəsinin 1-ci hissəsində” sözləri ilə əvəz edilsin.