Mitch Felderhoff 30 gün ərzində ancaq it yeməyi ilə qidalanmaq qərarına gəlib. Bununla o, müştərilərə qidanın zərərsiz olduğunu sübut etmək istəyir.
İstehsalçının sözlərinə görə, müştərilərin narahat olmaması üçün yollar axtarıb tapıb: “Belə qərara gəldik ki, qidanın keyfiyyətini sübut etmək üçün onu özümüzün də yeməyimizdən daha yaxşı variant ola bilməz. Özümüz yemədiyimiz qida ilə itlərinizi qidalandırmayacağıq” – deyə, Mitch Felderhoff bildirib.
Artıq ara vaxtları Felderhoff it yeməyi yeyəcək, evdə isə liyofilləşdirilmiş yemlərdən yemək hazırlayacaq.
Qeyd edək ki, Mitch Felderhoff heyvanlar üçün qida istehsal edən “Muenster Milling Company” ailə şirkətinin sahibkarıdır. Sahibkarın ailəsi isə eksperimetdə iştirak etməyəcək, onlar adi insan yeməklərindən yeyəcəklər.