Əsas səhifə Biznes Müdafiə sənayesində 8 milyard dollarlıq satınalma

Müdafiə sənayesində 8 milyard dollarlıq satınalma

540
Paylaş

Amerikan müdafiə sənayesi şirkəti “Nothrop Grumman”, raket və raket əleyhinə müdafiə sistemləri istehsalçısı “Orbita” şirkətini satın almaq üzrədir.

“Marja” xəbər verir ki, mənbələr, satınalmanın son dövrlər Şimali Koreyanın atdığı raketlər üçün raket əleyhinə müdafiə sistemlərinə marağın artmasından sonra sürətləndiyi fikirindədir.

ABŞ Hərbi Hava Qüvvələri, ötən aylarda köhnəlmiş nüvə  və qitələrarası balistik raket sistemlərini əvəzləmək üçün istehsalçıların qapısını döymüşdü.

“Orbital” şirkətinin 6.3 milyard dollar birja dəyəri və 1.4 milyard dollar da uzunmüddətli borcu olduğu bildirilir. “Northrop Grumman”ın satınalmanı 8 milyard dollara reallaşdıracağı gözlənilir.

52 milyard dollar dəyərə malik “Northrop Grumman”ın son böyük şirkət satınalması 2002-ci ildə 7.8 milyard dollar ödəyərək TRW-ni satın almasıdır. TRW  kosmos vasitələri, proqram və elektron sistemlər istehsal edir.