Müasir texnologiyalar və süni zəka toy sənayesinə necə təsir edib

Date:

Paylaş:

Onlayn nigah qeydiyyatı həyata keçirən Zola İnc. şirkətinin baş direktoru Shan-Lyn Ma Wall Street Journal-a verdiyi müsahibəsində toy sənayesi bazarının yeni texnologiyaların təsiri altında necə dəyişməsindən bəhs edib. Sahibkar xanımın sözlərinə görə toyların təşkilində daha çox mobil cihazlar, sosial şəbəkələr və hətta süni zəka maşın təliminin alqoritmləri iştirak edirlər.

Müasir insanların ənənəvi toy rituallarını izləməyə vaxtları yoxdur. İndi artıq bütün toya hazırlıq prosesləri internetin köməyi ilə həyata keçirilir.

“Hal-hazırda biz toylarda sosial mediadan istifadənin pik həddindəyik. Mərasim zamanı qonaqlar toyu sosial şəbəkədə birbaşa olaraq yayımlayırlar. Bu da peşəkar fotoqrafların işini çətinləşdirir”- deyə, Shan-Lyn Ma bildirib.

Sahibkar xanım deyib ki, bəy-gəlinə verilən hədiyyələrin çeşidi də dəyişib. İnid artıq onlara farfor, xrustal kimi ənənəvi hədiyyələr və ya blender, mikser kimi məişət əşyaları deyil bal ayı üçün səyahət biletləri və ya pul verirlər.

Bu səbəbdən də Shan-Lyn Ma-nın şirkəti toy hədiyyələri və xidmətləri təklifi üçün süni zəkadan istifadə edir. Bu xidmətlərdən biri Tinder-ə çox oxşayan Blender funksiyasıdır. Onunla toy üçün həiyyə seçimi etmək mümkündür. Orada süni zəka alqoritmləri vasitəsilə təklif olunan hədiyyələri qəbul edə və ya geri çevirə bilərsiniz.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...