Müasir memarlar üçün BIM texnologiyalar

Date:

Paylaş:

MEMARLAR ÜÇÜN BAKOTEK şirkəti, GRAPHISOFT ilə birlikdə “Müasir memar üçün BIM texnologiyalar” adlı seminar keçəcək. Bu seminarda memarlıq və inşaat fəaliyyətinə aidiyyəti olan hər bir kəs iştirak edə bilər. Əgər ən yaxşı layihələrinizin hazırlanması prosesini ARCHICAD-sız təsəvvür etmirsinizsə, bu seminarda iştirak etməniz tövsiyə olunur.

Konfrans iştirakçılarına müasir BIM xəbərləri haqqında maraqlı məlumatlar veriləcək. Yaranacaq bütün sualları tədbirdə iştirak edən GRAPHISOFT mütəxəssislərinə ünvanlandıra bilərsiniz.

Gözlənilən məruzələrə Yuri Krivoxotko-nun BİMcloud və Dəstək Xidmətlərinə dair olan çıxışı da daxildir. Hesabatda, seminar iştirakçıları, lisenziyalaşdırma, texniki dəstək, lisenziyalı istifadəçilər üçün xidmətlər və BİMcloud-un kommersiya versiyasının imkanları haqqında məlumat əldə edə biləcəklər. Yuri bütün iştirakçıları bir daha  BİMcloud xidməti ilə tanış edəcək və onunla bağlı memarların əsas səhvlərini izah edəcəkdir.

Seminar iştirakçıları həmçinin əldə edə bilərlər:

  • Real nümunələr üzərində BIM texnologiyaların tətbiqini öyrənmək
  • Konfransın texniki mütəxəssisləri ilə birlikdə müxtəlif BIM layihələrini müqayisə etmək
  • VR xalları vasitəsi ilə memarlıq layihələrinin təqdimatını həyata keçirmək məqsədi ilə BIMx proqramını testdən keçirmək
  • GRAPHISOFT məhsullarının təkminləşdirilməsinə dair təkliflər irəli sürmək
  • Təşkilatçıların Demo-stendlərini ziyarət etmək

Tədbirin sonunda isə açıq marafon keçiriləcək. Göstərilmiş elektron formada (link) sualını göndərən hər bir kəs, GRAPHISOFT nümayəndələrindən dərhal sualın bir neçə həll yolunu alacaqlar.

Tədbirə bir çox arxitektorlar, dizaynerlər, BIM-menecerlər, konstruktorlar və digərləri dəvət olunub.

Tarix: 23 yanvar (çərşənbə günü), 2019

Saat: 9:30-14:00

Ünvan: Hilton Baku (Bakı ş., 1B Azadllig Avenue)

Tədbirin proqramı, qeydiyyat: https://bit.ly/2SKvtX1

Ödəniş: pulsuz

Qeydiyyat mütləqdir. Yerlərin sayı məhduddur.

Tədbir təşkilatçıları haqqında məlumat:

MEMARLAR ÜÇÜN BAKOTEK şirkəti – 2009-cu ildən başlayaraq memarlar üçün  proqram təminatının rəsmi distribyutorudur. MEMARLAR ÜÇÜN BAKOTEK şirkəti, GRAPHISOFT proqram məhsullarını Ukrayna, Azərbaycan, Belarus və Ermənistan ərazisində yaymaq hüququna malikdir. Bu kimi proqramlara ARCHICAD və ARCHICAD START, EDITION, ARTLANTIS və başqaları aiddir.

GRAPHISOFT şirkəti, memarlar üçün ARCHICAD həll yolunu yaradaraq,  1984-cü ildə BIM sahəsində inqilab etmişdir. GRAPHISOFT, memarlıq proqram təminatının yaradılması sahəsində liderliyini saxlamaqla yanaşı, BIMcloud kimi innovativ məhsulların yaradılmasını davam edir. Şirkətin digər məhsullarından EcoDesigner™ və  BIMx® misal göstərmək olar. 2007-ci ildən etibarən GRAPHISOFT, Nemetschek Group konsernə daxildir.

 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...