Müasir dövrün 10 ən iti biznes-zəkası: Həm varlı, həm ağıllı

Date:

Paylaş:

Forbes jurnalının amerikan redaksiyası yüz illik yubileyi münasibəti ilə bütün dünyaya təsir etmiş 100 ən güclü biznes zəka sahibinin siyahısını tərtib edib.

Onlardan bəziləri bu siyahıya yaşlarının ən gözəl çağında daxil olub. Siyahıda cəmi 10 qadın təmsil olunub, kişilərdən 22-nin isə yaşı 80-dən yüksək olub. Siyahıda ortalama yaş 68,3 qeydə alınıb. Cəmi 10 nəfər iştirakçının yaşı isə 50-dən az olub. Bu onluq yaşının az olmasına rəğmən dünyaya kifayət qədər əhəmiyyətli şəkildə təsir göstərə bilib.

1. Mark Zukerberg, 33 yaş

Facebook  sosial şəbəkəsinin təsisçisi. Sərvəti  $71,5 milyard dollar.

“Mən heç vaxt şirkət yaratmaq arzusunda olmamışam. Məni  hərəkətə gətirən hiss insanları bir birinə qovuşdurmaq və hamımızı daha yaxın etmək zərurəti olub”

2. Brayan Çeski, 36 yaş

Airbnb xidmətinin həmtəsisçisi.  Forbesin zənginlər siyahısına daxil deyil.

“Uşaq kimi hər şeyə maraq göstərmək və təəccüb, iş adamı olaraq sahib ola biləcəyiniz ən vacib cizgidir. Baxmayaraq ki, özüm də hələ cavanam, amma həmişə məndən cavan insanların nə etdiyini görməyə çalışıram. Növbəti nə olacaq?”

3. Sean Parker, 37 yaş

Napsterin həmtəsisçisi, Facebook-un ilk prezidenti. Sərvəti – $2,6 milyard dollar.

«Mən həmişə mənə maraqlı olan ideyaların lehinə olaraq, ənənəvi  bilikləri iqnor etməyi üstün tutmuşam.  Gələcəyin ixtiraları intellektual maraqdan və onu müşayiət edən lazımı miqdarda skeptizmdən başlayır.”

4. Jack Dorsey, 40 yaş

Twitter və Square kompaniyasının həmtəsisçisi. Sərvəti — $2,2 milyard dollar.

«Mənim ən böyük səhvim o olub ki, mən düşünürdüm ki, yanıldığım anları heç kəsə göstərməməliyəm. Mən anladım ki, bunu etmək lazımdır”

5. Hamdi Ulukaya, 44 yaş

ABŞ-da yoqurt imperiyası qurmuş şəxs. Sərvəti — $1,75 milyard dollar.

«Şirkət yardanda mənim nə təcrübəm, nə də planım var idi. Sadəcə boyasız fabrik divarları var idi. Mən boya aldım və divarları rəngləmək üçün işçi tutdum. Bu mənim ömrümdə verdiyim ən yaxşı qərar idi. Ona görə də bəsdir oturdun, hərəkət elə”

6. Sara Blakely, 46 yaş

Spanx alt paltarları brendinin yaradıcısı.  Sərvəti — $1,3 milyard dollar.

«Hələ Spanx lap başlanğıcda ikən mənə ilk kalqotkaları hazırlamağa kömək edək tədarükçü biznesdən çıxdı  və bu az qala Spanx biznesini dağıtdı. Yeni başlayan iş adamı gərək  due diligence haqqında unutmasın”

7. Elon Musk, 46 yaş

PayPal, Tesla və SpaceX şirkətlərinin həm təsisçisi. Sərvəti — $21,6 milyard dollar.

«Süni intellekt bir sıra üstünlüklər qazandıracaq. Amma onun köməkliyi ilə biz şeytanı oyadıb bütün bəşəriyyəti təhlükə altında qoya bilərik. Biz özünü öldürməyə qadir ilk növ varlıqlarıq. Zaman bolluğunu nəzərə alsaq, bu tamamı ilə mümkündür”

8. Sean Combs, 47 yaş

Hip-hop maqnatı, musiqi prodüseri. Forbesin milyarderlər siyahısına daxil deyil.

«Mən 12 yaşımda işləməyə başlamışam, qəzet paylayırdım. O vaxt mən anladım ki, əgər müştəri yaxşıları versən, fərq etməz istər musiqi olsun, istər geyim, istər içki və ona fərqli şəkildə xidmət göstərsən onda qazanc da daha yaxşı olacaq”

9. Shonda Lynn Rhimes, 47 yaş

TV şoularının ssenaristi və prodüseri. Forbesin zənginlər siyahısına daxil deyil.

 «Hekayələrin yaranması hər an və hər yerdə baş verir, auditoriya isə getdikcə daha çətin olur. Amm yaxşı hekayənin resepti eynidir: bu, ocaq və sizə tənha olmadığınızı deyən insan əlaqələridir”

10. Sheryl Kara Sandberg, 48 yaş

Facebok-un COO-su. Forbesin milyarderlər siyahısında deyil

“Doğuşdan (analıq məzuniyyətdən) sonra ofisə getdiyim ilk gün yo bolyunca ağladım, mən işləmək istəyirdim, amma oğlumu evdə qoymaq mənə ağır gəlirdi. Mən işə gec gəlib, tez getmək üsulllarını axtarırdım.  Və başa düşdüm k, biz iki insan olmağa çalışmayanda daha yaxşı işləyirik”

©banco.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...