Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Müəssisə, “Auto Azerbaijan”nın ona ‘zərər vurduğunu’ iddia edir

Müəssisə, “Auto Azerbaijan”nın ona ‘zərər vurduğunu’ iddia edir

73
Paylaş

“Ərgünəş” Kiçik Müəssisəsi, “Hyundai” avtomobillərinin Azərbaycanda rəsmi distributoru olan “Auto Azerbaijan” MMC şirkətini məhkəməyə verib.

Müəssisə bununla bağlı Bakı ş. Nizami Rayon Məhkəməsinə müraciət edib. 

Şirkətin iddiasında “çıxarışın ləğv edilməsi, dəymiş maddi zərərin, əldən çıxmış faydanın və mənəvi zərərin əvəzinin ödənilməsi”ni bildirib.

Lakin, 9 dekabr 2019-cu il tarixdə sözügedən müəssisəyə məhkəmədən “rədd cavabı” gəlib.  Müəssisə isə qərardan razı qalmayıb və buna görə Bakı Apellyasiya Məhkəməsinə üz tutub. Məsələyə, bu ayın 11-də baxılacaq.

Yaxın keçmişdə bildiyimiz kimi bu şirkətlər arasında uzun sürən proseslərdə əksər “Auto Azərbaycan” MMC qalib görünür. Kiçik müəssisə olan “Ərgünəş” isə uzun müddətdir məhkəmlərdə aldğı “rədd” cavablarına baxmayaraq “Auto Azərbaycan”a qarşı iddiasını davam etdirməkdədir.

Keçmişdə verilən iddialarda bir sıra KİV-də tirajlanmaqla təsisçisi və direktoru Qəzənfər Fətullayevin “Ərgünəş” KM uzun illər qanuni əsaslarla Bakının Nizami rayonu, Ə.Nəvai küçəsi, 1 saylı ünvanda yerləşən Qazan Mexaniki Zavoduna məxsus 2 mərtəbəli qeyri yaşayış sahəsinin (zavodun idarə binasının) 1-ci mərtəbəsində 30,5 kv.m-lik qeyri yaşayış sahəsində fəaliyyət göstərib. 1998-ci ildə həmin qeyri-yaşayış sahəsi “Ərgünəş” KM tərəfindən satın alınıb və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən şirkətə həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olmasını təsdiq edən mülkiyyət şəhadətnaməsi verilib.

Həmin məlumatda qeyd edilir ki, 2013-cü ildə “Auto Azerbaijan” MMC Bakı Qazan Mexaniki Zavoduna məxsus idarə binasını hasara alaraq sökməyə başlayıb. Bunu görən Q.Fətullayev binada yerləşən, iki otaqdan ibarət olan və həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət sənədini “Auto Azerbaijan” MMC-nin rəhbərliyinə təqdim edib. Bildirib ki, mülkiyyətin hüquqi müqəddəratı həll edilmədən onun sökülməsi yolverilməzdir.

Q.Fətullayevin bildirdiyinə görə onun müəssisəsi həmin qeyri-yaşayış sahəsində nəşriyyat işi ilə məşğul olurmuş.

Bildirək ki, “Auto Azerbaijan” 1996-cı ildə təsis edilib və Türkiyədə dövlət qeydiyyatına alınan “NAB Holding A.Ş”nə məxsudur. Auto Azerbaijan-nın hazırda nizamnamə kapitalı 41,7 mln. dollar dəyərindədir.